Elnur AĞAYEV
Kişiyə deyiləsi olmayan yeddi dağıdıcı ifadə
Hazırda müasir cəmiyyətimizin mənəvi problemlərindən biri də yeni qurulan – gənc ailələrdəki boşanma hallarıdır. Aydındır ki, bu problem bizlərə nisbətən qərbi daha çox narahat edir və etməlidir də. Çünki bu ölkələrdə bir çoxlarımıza məlum olan səbəblərdən orta statistik göstəricilərə görə boşanan ailələrin sayı o birilərinə nisbətən daha artıq olur. Orta statistik azərbaycanlı ailəsində isə İslam dini, azərbaycançılıq və türkçülük mentaliteti, bu sahədə kök salan milli-mənəvi dəyərlər zənginliyi ailə təməlinin daha möhkəm olmasını təmin edir.
Lakin son vaxtlar bizim ailələrdə də bu kimi halların sayı artmaqdadır. Və təbii, çox zaman boşanma halına gəlməmişdən öncə cütlüklər arasında sərt, qızğın və bütün sərhədləri aşan mübahisələr baş verir ki, bu da onların hüquqi cəhətdən də ayrılmasına rəvac verir. Ailəsinin dağılmasını istəməyən hər bir şəxs, fərq etməz, kişi, ya qadın, ilk növbədə özünü və qarşısındakını sakitləşdirməyə çalışmalı, qıcıqlandırıcı sözlərdən imtina etməli, yeni yaranan mübahisəyə son qoymağa çalışmalı, kompromis həll üsullarına müraciət etməlidir. Qeyd edək ki, xüsusən bu məsələdə əsas yük və məsuliyyət xanımların üzərinə düşməlidir. Zərif cinsin nümayəndələri olmaq etibarilə onlar güclü cinsin nümayəndələri ilə mübahisə və münaqişələrdən bacardıqca yayınmalı, ailə başçısına toxunabiləcək, onun qıcıqlanmasına səbəb olacaq söz və ifadələri işlətməməlidirlər. Söz yox ki, ilk növbədə bunları bilmək lazımdır ki, sonradan peşman olmayasan. Əslində cütlüklərin bir-birinə söylədiyi neqativ kəlmələrin heç də hamısı hissləri öldürmək qüdrətində deyil. Psixoloqların fikrincə, ailədaxili mübahisələr zamanı bir neçə ifadə var ki, onları kişiyə söyləmək heç tövsiyə edilmir.
Birinci ifadə. ”Sən həmişə nəyisə, lazım olduğu kimi yox, əksinə edirsən…” Ev təsərrüfatına lazımi diqqət ayırmırsan, yaxşı geynib-kecinmirsən, adicə santexniklə normal danışa bilmirsən və sair.., siyahını sonsuzadək davam etdirmək olar.
Təhlükəsi: bu cür nitq ifadələrinin təhkükəsi yalnız ərə qarşı yönələn qıcıq və əsəbi nümayiş etdirmək deyil. “Həmişə” sözüylə siz nəinki onun keçmişdə olan bütün nailiyyət və işlərini silirsiniz, həm də gələcəkdə onun nəyisə lazımi qaydada yerinə yetirə biləcəyinin üstündən xətt çəkirsiniz. Bununla siz nəinki onu alçaldırsınız, eyni zamanda gələcəkdə də özünü düzəltməyə şans yaratmırsınız. Onda orta statistik kişinin, üstəlik nikah həyatının heç də az olmayan təcrübəsiylə, belə bir sualı yaranır: çalışmağa, səy göstərməyə dəyərmi? Əgər bütün bu illərdə onun xoşuna gələ biləcək heç nə edə, nəyəsə nail ola bilməmişəmsə və gələcəkdə də o, hər şeyi belə qəbul edəcəksə, mənə və etdiklərimə dəyər verməyəcəksə, həmin insanla birgə yaşamağa, münasibətləri davam etdirməyə dəyərmi?!
Kişinin gəldiyi nəticə: ayrı, səni anlaya biləcək bir xanımla daha ciddi münasibətləri – yaxşı nəticələri əldə etmək perspektivini sınamaq lazımdır. Bununla isə artıq hər nə etsəm belə heç nə alınmayacaq.
İkinci ifadə. “Yadındadır, axı deyirdim ki, bu baş verəcək…”
Dostunuzun təşkilatına pul ayıranda, maşının yolda qırılmayacağına ümid edəndə, dəvət olunmadığın yerə gedəndə, su kranını düzəltmək lazım gələrkən divandan ayağa durmayanda, qiymətlər bahalaşmayacaq deyəndə…
Təhlükəsi: ola bilsin ki, siz onu görünməyən xoşagəlməzliklərlə bağlı xəbərdar etmişdiniz. Bəlkə də əksinə, xeyr, sadəcə baş verənlərlə bağlı məsuliyyəti həyat yoldaşının üzərinə atmaq istəyir. Bu da səhvdir. Müasir kişilərin əksəriyyətinin söz və davranışlarına görə heç bir məsuliyyət daşımağı sevmədikləri azmış kimi, xanımlarının onlardan “həyat dərsi”məsələsində üstün olması bu kişiləri sadəcə qəzəbləndirə bilər.
Kişinin gəldiyi nəticə: o, məni heç dəyərləndirmir, üstəlik tez-tez burnunu sallayır. Onu yerinə otuzdurmağın vaxtı çoxadan çatıb.
Üçüncü ifadə. “Əgər mən başqasına ərə getsəydim…”
O, varlı, həyatda yerini tutmuş, daha cavan görünən, məni daha çox sevən yaxşı villa və əla bir avtomobilin sahibi olan şəxs olardı.
Təhlükəsi : sizə aydın deyil ki, kişi emosiyalara deyil, daha çox hərəkət və davranışlara önəm verəndir. Siz bununla onu əməllicə təəccübləndirə və peşman edə bilərsiniz. Bu zaman onun sizin başqa bir kişiylə münasibətinizin də ola bilməsini düşünməsi normal sayıla bilər. Ola bilər ki, yüngül bir qısqanclıq qığılcımı ailə münasibətlərinizi qaydaya sala bilər, lakin bu “od”u tənzimləmək kifayət qədər çətindir.
Kişinin gəldiyi nəticə: onun hara getməsini, ona kimin zəng etməsini izləmək lazımdır. Xeyir ola, son vaxtlar dodaqlarını ayrı cür boyamağa, saçlarını fərqli yığmağa başlayıb?!
Dördüncü ifadə. “Sən bir kişi olaraq elə də dəyərli deyilsən…”
Təhlükəsi : bu ifadəni bir dəfə söyləmək kifayətdir ki, aranızda olan bütün zərifliyi və ehtirası məhv edəsiniz. Axı hər necə də olsa, ərlə arvad münasibətlərinin əsas təməl prinsiplərindən biri də normal intim həyatdır.
Amerika psixoloqları öz pasientlərindən nikahda qiymətləndirdikləri nəsnələrin prioritetlərini cızmağı xahiş etmişlər. Aydın olub ki, sən demə, 76 faiz kişilər əsl ailə dəyəri kimi düzgün qurulmuş intim münasibətləri qeyd edir.
Kişinin gəldiyi nəticə: onunla intim həyatımızda da problem var, bəlkə özümü ayrı bir yerdə sınamaq zamanı çatıb…
Beşinci ifadə. “Sən elə atan kimisən…”
Anan, qardaşın, bacın və s. kimisən…
Təhlükəsi : adətən müasir ailə həyatında artıq özünü elə də göstərməyən qohumluq kökləri həm də müəyyən mənada şəxsiyyətin psixoloji dominantları kimi özünü göstərir. İnsan atasının necə yaşadığını xatırlamaya da bilər, lakin ağıl dünyada insanın özünü rahat, əmin hiss etmək üçün ən güclü vasitədir.
Özüylə bərabər qan qohumlarını qınayarkən bir daha əbəs yerə nümunəvi ailələrdə olduğu kimi, ərinizi özünüzlə deyil onlarla birləşdirirsiniz. Bununla da ərinizə yad bir elementə qarşı olan kimi, sizə qarşı düşmən mövqedə olmasına bəhanə, imkan yaradırsınız.
Kişinin gəldiyi nəticə: o, ailəmizi sevmir, mən nə düşünmüşəm.., maraqlıdır, evlənəndə hara baxırdım?!
Altıncı ifadə. “Başqa bir arvadla indi çoxdan…”
Müflisləşərdin, xəstəxanada olardın, yenə sərxoşluq edərdin, karyeranda uğur qazana bilməzdin, onun-bunun dalınca sülənərdin…
Təhlükəsi : ona özünü başqa bir xanımla təsəvvür etməsinə heç cür imkan və şərait yaratmağa dəyməz. Ola bilər ki, ərinizin işdə, idman zalında və s. yerlərdə bir neçə xanım tanışları olsun. Odur ki, bu zaman onun əlinə əla şans düşə bilər.
Kişinin gəldiyi nəticə: ayrı qadınla? Maraqlıdır, necə hansı yolla?
Yeddinci ifadə. “Elə övladın da sənə bənzəyib bu çatışmazlıqlarla…”
O da otaqda olarkən təmizlik və səliqə gözləməyə dəyməz. O, həm də bədxərcdir, pullarını başına sovurur. Onun da səninki kimi bir az əyri ayaqları və zəif təfəkkürü var…
Təhlükəsi : deyəsən necə də olsa, övladı o, yox, siz doğmusunuz, onu həyata siz gətirmisiniz. Üstəlik təlim-tərbiyə məsələləri ilə də daha çox siz məşğul olmusunuz. Bəs necə oldu ki, artıq nəticələrdən narazı qaldınız? Demək, fiaskoya uğradınız… Lakin aydındır ki, əslində söhbət övladlarınızdan getmir, sizi həyat yoldaşınız qıcıqlandırır və bu da bax bu cür eybəcər şəkildə təzahür olunur. Siz məhz ərinizə xatırladırsınız ki, onun bu və ya digər cəhətləri heç xoşunuza gəlmir. Beləliklə, onun “valideynlərinə oxşaması” səhvini yenidən təkrarlamış sayılırsınız. Və bu da çox təhlükəli ola bilər.
Kişinin gəldiyi nəticə: o, heç vaxt nə məni, nə də övladlarımı sevməyib, o, bizimçün yaddır.
YAZARIN ÖNCƏKİ YAZILARI
Mənfi qarşıladığımız bəzi vərdişlər, sən demə, çox faydalı imiş
MEN INANMIRAM KI,HANSISA NORMAL AILEDE QADIN KISIYE BU SOZLERI DEYE BILSIN.EGER AILEDE QADIN BU SOZLERI DEYECEK CESARET TAPIRSA OZUNDE DEMELI O AILEDE NESE YERINDE DEYIL.
AILESINI DOLANDIRMAGI BACARAN,EVLADLARINA YAXSI ATA,XANIMINA DA YAXSI ER OLAN KISIYE BU SOZLERI HEC BIR QADIN DEMEZ.O KISI DE HEC ELE QADINI EVINDE SAXLAMAZ.
KISI VARKI,ISLEMIR,BUTUN GUNU KUCEDE VEYILLENIR,YA DA QAZANDIGINI “DOST”LARIYLA XERCLEYIR.ONUN KIMISINE SIZCE QADIN EN DEMELIDI? BU QADININ DA BIR SEBRI VAR AXII.
BASQA NOQTEYI-NEZERDEN YANASSAQ AMMA EGER NORMAL BIR AILE VARSA QADIN CALISMALIDI HER SOZU BOYUTMESIN.KISININ YANINDA NEYISE VE YA KIMISE TERIFLEMESIN.SHEXSEN MEN MESEL UCUN YOLDASIAM DEYENDEKI FILANKESIN NE YAXSI GOR EVI VAR.ESLINDE PIS NIYYETLE DEMIREM,SADECE OLANIN DEYIREM.O SAAT YOLDASIM DEYIR BIZDEKI DAHA QESENGDI.HISS EDIRME KI,INCIYIR MENDEN.ELE BILIR MEN ONUN ELEDIYIN BEYENMIREM.ONA GORE CALISIRAM DANISANDA FIKIR VERIM SOZUME.KISINI ALCALDACAQ SOZLER QTIYYEN DEYILMEMELIDI.ESASEN DE USAQLARIN YANINDA.AILESINI DE TEZ-TEZ HALLANDIRMAQ LAZIM DEYIL.DEYIMKI,AILEDE EN COX SOZ-SOHBET ELE BUNDNA BASLAYIR.QADINLARIN COXU YOLDASININ AILESINI BEYENMIR.NE QEDER HAQLI DA OLSA HERHALDA KISIYE SENIN ANAN DUZ DEMEDI,BACIN BELE ELEDI DEMEK OLMAZZ.TEMKINLI OLUN EZIZ XANIMLAR.HER SEYI ZAMANA BURAXIN.OZUNUZU DE MUDAFIE EDIN AMMA SEVIYYELI SEKILDE.ONDA HEM YOLDASINIZIN YANINDA HEM DE ONUN AILEISNIN YANINDA BASINIZ UCA OLACAQ.NESIHET DEYIL(HEC BUNA HAQQIM DA YOXDU)BUNLARI AZ DA OLSA YASAMIS BIR INSAN KIMI MESLEHET GORUREM..
HORMETLI MUELLIF YAZIYA GORE TESEKKUR EDIREM.SIZDEN KISI XANIMINA NECE MUNASIBET GOSTERMELI,BIR QADINA NELER DEYILMEMELIDI MOVZUSUNDA XEBER GORMEK ISTERDIM.
Inanmiram ki,3-cu ve 4-cu ifadelerden sonra,KISI icaze versin ki,qadin ona diger ifadeleri de desin.
Əslində əsas məsələ, həmin kəlmələrin sirf mexaniki olaraq səslənnməsindın çox onlari doğuran mənfi mənəvi keyfiyyətlər və vəziyyətdir .Bu sözlər isə artiq boşanmaq üçün bir bəhanəyə ,son damlaya çevrilir.Ancaq bəzən,artiq başqa çixiş yolu olmayanda, boşanmaqda da bir fayda ola bilər. Yazi çox faydalidir.Təşəkkürlər.
duzu men hec bu ifadelerin kimise bowayacagina inanmiram…)))
bu ifadeler hec olmasa eshshek qizi ifadesinden daha yaxshdi, onda bes qadin neylesin ?