sumqayitxeber.com “AQS dental center”in Plomblama ilə bağlı yazısını təqdim edir.
Plomblama nədir?
Plomblama-kariesdən dağılmış dişin formasının və funksiyasının bərpasıdır. Stomatoloq dişi plombladığı zaman, o, əvvəlcə karieslə zədələnmiş toxumaları təmizləyir. Daha sonra yaranan boşluğu plomb materialı ilə doldurur.
Kariesi iki cür təmizləmək olar: Birinci yolu adi qayda ilə, yəni bor maşınla yonmaq.
İkinci üsul- lazer aparatı ilə
Lazer aparatının istifadəsinin üstünlikləri: ağrisiz, (ağrikəsicidən istifadə olunmur, allergik xəstələrdə xüsusi əlverişlidir), qansız,vaxta qənaət, bor maşınınsız (bor maşının səsi bəzi xəstələrdə həyəcan, qorxu hissi yaradır). Bəzən bu üsul uşaqlarda yeganə çıxış yoludur.
Bu aparat vasitəsi ilə karies boşluğun təmizlənməsi, dişin boynunda həssaslığın aradan götürülməsi, periimplantitin mualicəsi, kök kanallarının müalicəsi, fissuraların germetizasiyası, absseslərin çərtilməsi və drenajı, diş kökünün hemiseksiyasi və amputasiyası, gingivoektomiya, xoş xassəli törəmələrin götürülməsi, aftalarin mualicəsi, selikli qişa xəstəlikləri, yüyənin kəsilməsi və s. həyata keçirilir.
Plombların növləri
Tərkiblərinə görə plomb materialları bir neçə yerə bolünür: qızıl, farfor, kompozit(dişin rənginə uyğun plomb),amalqam (civə, gümüş, miss,qurğuşun, zinkdən ibarət xəlitə).
Hansi plomb yaxşıdır?
Elə bir plomb materialı yoxdur ki, hər yerdə istifadə olunsun. Plomb materialının seçimi boşluğun həcmindən, dişin agiz boşluğunun hansı hissəsində ( ön və arxa) yerləşməyindən, hər hansısa komponentə qarşi allergik reaksiyanın movcudluğundan və qiymətindən asılıdır.
Qızıl plomblar laboratoriyada hazırlanır və dişə bərkidilir. Qızıl taxmalar damaqda heç bir problem yaratmır və çox uzun ömürlü olurlar. Yalnız qızıl taxmalar həm bahalıdırlar, həm də bir neçə gəlişə pasientə təhvil verilir.
Amalqam plomblar dözümlüdürlər və nisbətən ucuz olurlar. Bununla yanaşı, dişin öz strukturundan və rəngindən kəskin fərqləndiyi üçün, tərkibində bir neçə ağır metal olduğu üçün ( ağızda digər metallar olduqda qalvanizasiya yaranır),müasir stomatologiyada istifadə olunmur.
Kimyəvi bərkiyən kompozit plomblardişin öz rənginə uyğun seçilir və mexaniki möhkəmliyə malikdir. Buna baxmayaraq böyük həcmli boşluqların bərpasında ən yaxşi seçim hesab olunmur( bir müddət sonra yığılır və sına bilir). Eyni zamanda, bir müddət sonra çay, kofe və tütündən rənglərini dəyişirlər və uzun ömürlü deyillər.
Farfor plomblar yaxud taxmalar, laboratoriyada sifariş üzərinə çıxarılar və sonradan dişə bərkidilir. Diş rənginə uyğun çıxarıla bilər və ləkələnməyə qarşı müqavimətlidir.
İşıqla bərkiyən plomb materiallar ən muasir material hesab olunurlar. Onlar yalnız xüsusi polimerizasiya lampasının işığı ilə bərkiyirlər. Bu da dişin öz anatomik formasına maksimum uyğun restavrasiya etmək imkanı verir. İşıqla bərkiyən plomblar xüsusi sərtliyinə və geniş rəng çalarlari çeşidinə görə seçilir.
Kariesi necə müəyyən etmək olar?
Stomatoloq müayinə zamani dişinizdə boşluqların olub-olmamasını müəyyən edə bilər. Müayinə zamanı hər dişə tək-tək stomatoloji güzgü ilə baxılır. Şubhəli yerlər zondla(ucu şiş alət) müəyyən olunur. Eyni zamanda, lazım olduqda, agız boşluğunun ümümi ya hissəvi Rentgen çəkilərək zədələnmənin dərəcəsini müəyyənləşdirilir. Kariesin həcminə görə mualicə taktikasi planlanır.