Haqqında online ensklopediyada məlumat olan millət vəkillərimiz kimlərdir?

1110

Vikipediya (wikipedia)— İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan online ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, getdikcə daha çox məşhurluq qazanır.

Online ensiklopediyada demək oalr ki, bütün dillərdə müxtəlif mövzülarla məqalələr və məlumatlar var. Azərbaycan dilində də 100 minə yaxın məqalə var.  Virtual məqalə bazası olan vikipediyada  ictimai-siyasi, mədəniyyət, ədəbiyyat və digər sahələrdə tanınmış şəxslərin həyatı və fəaliyyəti ilə bağlı da xeyli sayda məqalələrə rast gəlmək olar.

Sumqayıtı təmsil edən millət vəkillərdindən kimin haqqında vikipediyada məlumat olmasını araşdırmaq üçün “wikipedia.org” saytına daxil olduq. 4 millət vəkilimizdən (Muxtar Babayev, Leyla Abdullayeva, Hacı Salayev, Musa Qasımlı ) yalnız 2-si haqqında məlumat əldə edə bildik.

Haqqında online ensiklopediyada məlumat əldə etdiyimiz şəxlər 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Musa Qasımlı və 43 saylı seçki dairəsindən Muxtar Babayevdir.

Hər iki millət vəkili haqqında məlumat olan linkləri təqdim edirik:

Muxtar Babayev: http://az.wikipedia.org/wiki/Muxtar_Babayev

Musa Qasımlı : http://az.wikipedia.org/wiki/Musa_Qas%C4%B1ml%C4%B1

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər