Hava nə vaxt sabitləşəcək? – AÇIQLAMA

419

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb.

O bildirib ki, yarım gün ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub.

U.Tağıyeva qeyd edib ki, qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib.

Onun sözlərinə görə, bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək:

“Proses qısamüddətlidir. Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər