Həbsdəki şahzadələrin azadlığı – 106 milyard dollarlıq cəza və siyasi səbəblə

1346

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə həbs olunanlar azad edilib, xarici siyasətdə şahzadəni ciddi sınaqlar gözləyir

Ötən il noyabrın 4-də Səudiyyə Ərəbistanında başlayan antikorrupsiya həbsləri zamanı saxlanılan şəxslərin hamısı azad edilib. Bu barədə yerli media xəbər yayıb. Bildirilir ki, antikorrupsiya həbsləri çərçivəsində 381 nəfər saxlanılıb. Həbs olunanlar arasında şahzadə, nazir, yüksək rütbəli dövlət məmuru, hərbçi və iş adamları olub.

Ancaq məlum olub ki, şahzadələr heç də günahsız olduqları üçün azad edilməyiblər. Məlum olub ki, saxlanılan şəxslərdən 106,7 milyard dollar pul toplanıb. Bu barədə mətbuata krallığın baş prokuroru Səud əl-Mucib açıqlama verib. Əl-Mucib deyib ki, anlaşmaya əsasən saxlanılan şəxslərin əmlakları, biznes obyektləri, qiymətli kağızlar və nağd pul şəklində ödəmələr həyata keçirilib.

Qeyd edək ki, hələ ötən ilin sonlarında Amerikanın “Nyu York Tayms” qəzetinə müsahibə verən, həbslər prosesinə rəhbərlik edən, Antikorrupsiya Komitəsinin sədri, vəliəhd şahzadə Məhəmməd ibn Salman bildirmişdi ki, günahsızlığı sübut edilən şəxslər azad edilib, digər günahını etiraf edənlər cərimə ödəyib azad ediləcək, özünü günahsız hesab edənlər isə mühakimə olunacaq. Son məlumata görə, saxlanılan şəxslərdən yalnız 56 nəfər həbsdə qalıb. Ancaq onların da sonradan buraxıldığı deyilir.

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə həbs olunanlar ile ilgili görsel sonucu

Qeyd edək ki, saxlanılan şəxslər ölkədə böyük dövlət layihələrinin icrası zamanı korrupsiya və yeyintiyə yol verməkdə, dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Rəsmi məlumatda qeyd olunur ki, Krallığın Baş Prokurorluğunun məlumatında qeyd olunur ki, “ortaya çıxarılan korrupsiya fəaliyyətinin miqyası çox böyük olub. Xüsusən də son 3 ildə aparılan araşdırmalar zamanı ötən 20-30 il ərzində 100 milyard dollardan çox vəsaitin mənimsənildiyi üzə çıxıb.

Qeyd edək ki, səs-küylü həbslər zamanı saxlanılanlar arasında Səud ailəsinin ən varlı və qalmaqallı şahzadələrindən biri olan Vəlid bin Talal da azadlığa buraxılıb. Bəzi məlumatlara görə, bin Talal 6 milyard sərvətindən keçməklə azadlığına nail olub. Ancaq şahzadə özü bu iddiaları təkzib edib. Vəlid bin Talal yanvarın 27-də saxlanıldığı oteldən azadlığa buraxılıb.

Valid bin Talal ile ilgili görsel sonucu

Ancaq maraqlıdır ki, İsrail mediası bu hadisələri siyasi proseslərin nəticəsi hesab edir. İddia olunur ki, proseslərin gedişi Səudiyyə Ərəbistanında ciddi siyasi hadisələrə, hətta dövlət çevrilişinə gətirə bilər. Məsələ ondadır ki, Krallıqda başlayan proseslər vəliəhd-şahzadə, hazırkı kralın oğlu Məhəmməd ibn Salmanın rəhbərliyi altında keçirilir. Həm antikorrupsiya həbsləri, həm də Səudiyyədə islahat sayılacaq addımlar, yeni “NEOM” şəhər layihəsi, sərt dini qadağaların yumşaldılması kimi addımlar məhz Şahzadənin islahatları hesab olunur. Məhəmməd bin Salman özü də xarici mətbuata müsahibəsində bunu gizlətməyib. Hətta amerikalı jurnalistlə söhbətində deyib ki, islahatları sürətləndirir, ölməzdən əvvəl layihələrin reallaşdığını görmək istəyir. Həqiqətən də son aylarda Səudiyyə Ərəbistanında bir neçə ciddi yumşalma addımları atılıb. Qadınlara sürücülük hüququ verilib, idman yarışlarında iştiraklarına icazə verilib və yeni tikiləcək şəhərdə isə qanunların daha yumşaq olacağı gözlənilir.

Ancaq eyni zamanda Krallıq hazırda məhz şahzadənin rəhbərliyi altında regionda sərt siyasi kurs aparır. Yəməndə martın 26-da 3 ili tamam olacaq hərbi müdaxilə davam edir. Bundan başqa Suriyada müharibə, Qətərlə münaqişə və Fələstin məsələsində, eləcə də Livanda siyasi böhranın baş verməsi də Ərəbistan Krallığının gənc şahzadəsinin fəaliyyətidir. İndi analitiklərə görə, əgər Məhəmməd ibn Salman başladığı layihələri uğurla yekunlaşdıra bilməsə, hakimiyyət içərisində ciddi zərbə ala, hətta çevrilişə məruz qala bilər.

Valid bin Talal ile ilgili görsel sonucu

Xarici siyasətdə daha çox İrana əleyhinə sərt xətti ilə tanınan şahzadənin Livan, Qətər, Yəmən layihələri uğursuzluğa düçar olarsa, o zaman onun krallığın başına keçməsi də çətin olacaq. Çünki iddialara görə, gənc şahzadə yaxın zamanlarda kral olmağa çalışır. Ancaq bunun üçün həm xarici, həm də daxili şərtlər uyğun olmalıdır. Daxildə dəstək və xalqın simpatiyasını qazanmaq üçün şahzadə Məhəmməd bir sıra addımlar atıb. O cümlədən korrupsiya əleyhinə həbslər və qadınlara qarşı məhdudiyyətləri yumşaldıb.

Məhəmməd ibn Salman ile ilgili görsel sonucu

Ancaq eyni zamandaMəhəmməd ibn Salmanın xarici siyasətdə uğur qazanması lazımdır. Hələliksə nə Qətər, nə də Yəməndə ciddi nəticə yoxdur. Livanda yaranan siyasi böhran baş tutmadı. Qətər isə hələ də dirənir. Doha ölkə ərazisinə yeni Amerika bazası yerləşdirməyə çalışır. Yəməndə isə son bir neçə gündə Səudiyyə Ərəbistanının ən yaxın müttəfiqi olan Birləşmiş Ərəb Əmirlikləri ilə ciddi fikir ayrılıqları yaşanır. Ötən gün Ədəndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Mansur Hadi tərəfdarları ilə BƏƏ-nin dəstəklədiyi Cənubi Yəmən separatçıları arasında döyüşlər nəticəsində şəhərin nəzarəti böyük ölçüdə BƏƏ-nin dəstəklədiyi separatçıların əlinə keçib. Bu isə faktiki olaraq Səudiyyə Ərəbistanının Yəmən siyasətinin fiaskosu deməkdir.

Beləliklə, hazırda Məhəmməd ibn Salman ciddi sınaq qarşısındadır. Ehtimal ki, şahzadə daxildə düşmənçiliyi yumşaltmaq üçün həbs olunanları azadlığa buraxmaq istəyib. Çünki indi şahzadəyə həm daxildə, həm də xaricdə ciddi dəstək lazımdır.

Kənan Rövşənoğlu, musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər