“Heç bir tibbi təhsili olmadan stomatoloq işləyənlər var” – DƏLƏDUZ HƏKİMLƏRİN PAXIRINI AÇAN MÜSAHİBƏ

2130
Son illərdə bəzi həkimlər pasiyentlərə keramika diş qapaqları adı altında keyfiyyətsiz və baha başa gələn diş qapaqları qoyurlar. Pasiyentlərin keramik diş qapaqları barədə məlumatsız olmaları isə belə dələduzluğa şərait yaradır.
 
Bəs keramik diş qapaqları nədir? 
Keramik diş qapaqlarının qiyməti və bir çox məsələlər barədə stomotoloq Həmid Ağayev Medicina.az-a danışıb:
Həmid doktor, son illərdə insanların daha çox üstünlük verdiyi keramika adlandırılan qapaqlar nədir?
-Elmi tərəqqi ilə birlikdə təbabət? həmçinin, stomatologiya da inkişaf edir. Artıq insanlar funksionallıqdan əlavə, dişlərin görünüşünün də gözəl olmasını istəyir. Əvvəllər yalnız metal konstruksiyalar (qapaqlar, körpüyəbənzər protezlər) mövcüd idisə, artıq yalnız kermikadan hazırlanmış zirkonium və kombinə olunmuş (birləşdirilmiş) metal-keramik dişlər var. Bu da öz novbəsində imkan verir ki xəstə itirilmiş və yaxud hər hansı səbəbdən bərpaya ehtiyacı olan dişini həm estetik, həm də funksional bərpa etdirə bilsin.
 
Bəziləri keramikaların orqanizm üçün zərərli olduğunu düşünür. Həqiqət payı varmı?
-Keramik, yəni zirkon dişlərin orqanizm üçün fəsadı yoxdur.Bəzən xəstənin dişi keramika üçün hazırlanarkən dişlərin sərhədləri düzgün yonulmur və konstruksiya yerinə qoyulanda diş ətləri sıxılır, nəticədə diş ətlərində qan durğunluğu və şişkinlik yaranır. Orqanizm üçün o zaman zərər doğura bilər.  Bunun səbəbi isə həkimin qeyri -peşəkarlığı ola bilər.
Üstünlüyü nədir?
-Hər bir konstruksiyanın müsbət və mənfi tərəfləri var. Keramik dişlərin digər növ dişlərdən əsas üstünlüyü onun estetikliyidir. Keramik qapaqlar üzərinə ərp və qida qalıqları yığmır. İşıq şüalarını özündən keçirə bildiyi üçün daha təbii görünür, mənfi cəhəti isə metal-keramik dişlər qədər möhkəm və etibarlı olmamasıdır.
Ən çox hansı keramikalar tətbiq edilir? Fərqləri nədir?
-Hansı növ keramikanın tətbiq olunmasından asılı olmayaraq kliniki prosedur hamısı üçün eyni aparılır. Fərqlər yalnız istehsal olunan ölkələrə, laborator hazırlanma qaydasına görə ola bilər.
 
Bəs bu prosedur necə aparılır?
-Birinci mərhələ kliniki mərhələdir, bu zaman hazırlanacaq dişlər seçilir. Ehtiyac yaranarsa dişlərin sinirləri çıxarılır, sonra dişlər düzgün qaydada yonulub ölçü alınır. Alınmış ölçü laboratoriya şəraitində işlənilir və xəstə üzərində yoxlanılır, çatışmazlıq varsa, aradan qaldırılıb yenidən laboratoriyaya göndərilir. Son toxunuşlar edildikdən sonra xəstənin istifadəsi üçün yerinə sementlənir.
 
İstifadə edilən keramika diş qapaqlarının ömrü nə qədərdir?
-Keramikaların yararlılığı aradan qaldırılmış qüsürun vəziyyətindən, istifadə qaydasından, hazırlayanından və s. səbəblərdən asılıdır. Daha çox estetik tərəfi yüksək olduğundan ön sıra dişlərdə daha uzunömürlü olur. Arxa sıra dişlər daha çox yükə məruz qaldığı üçün digər dişlərə nəzərən təbii ki, ömrü biraz qısa ola bilər. Xəstələr unutmamalıdır ki, insanın ana dişləri belə düzgün istifadə etmədikə sına bilirsə, sonradan taxılan və insan istehsalı olan dişlərlə daha ehtiyatlı davranılmalıdırlar
Bir çox pasiyentlər dişlərinin həddindən çox yonulduğundan şikayətçi olurlar. Ümumiyyətlə yonulma prosesinin üsulu, müəyyən qaydası varmı?
– Hər bir işdə protokol olduğu kimi dişlərin də yonulmasında bir qayda var. Dişləri qoyulacaq qapaqların qalınlığı qədər yonmaq lazımdır ki, bu da təqribən 2 mm qədərdir. Dişləri həddən çox yonmaq olmaz. Çünki dişin gələcəkdə həm sınma ehtimalı artar, həm də siniri çıxarılmamış dişlərdə istiyə və soyuğa qarşı yüksək həssaslıq yarana bilər.
Əminəm ki, bu prosedurun həqiqi qiymətini bir çox insanlar öyrənmək istəyər. Çünki demək olar ki, prosedur eyni olsa da qiymətlər çox fərqlidir, bu isə pasiyentdə çaşqınlıq yaradır.
-Hər bir sahədə dələduzlar olduğu kimi, diş həkimliyində də özünü “diş həkimi” kimi, qələmə verənlər var. Hansı ki heç bir tibbi biliyi olmadığı və ya başqa ixtisası olduğu halda həkimlik edirlər. Bunlar üçün insan sağlığı önəmli olmadığından işin ancaq maddiyyat tərəfini düşünürlər. Xəstəni əlindən buraxmamaqdan ötrü işi daha ucuz edirlər. Başa düşürəm ki, hər xəstənin qarşısında durduğu “həkim”in tibbi biliyini sınamağa gücü çatmaz.Məsləhət görərdim ki, həkimin ən azından diplomunu tələb etsinlər.Həmçimin daha çox pul qazanmaqdan ötrü işin qiymətini qat-qat artıranlar da var. Xəstələr bir neçə yerdən soruşduqdan sonra ən uyğun qiyməti özləri seçə bilər.
Keramik dişlər üçün qiymət, hazırlayan həkim stomatoloqun peşəkarlığına, istəyə uyğun seçilmiş keramikanın növünə və bir sıra faktorlara görə dəyişə bilər. İşin laborator qiyməti elə minimum 60 manatdır. Metal-keramik dişlərdən fərqli olaraq zirkon dişlər daha yeni texnologiya olduğu üçün qiyməti də biraz yüksəkdir. Təqribi orta qiymət 250 manat təşkil edir. Söhbətimin əvvəlində də vurğuladığım kimi, qiymətlər həkiminə görə dəyişə bilər.
Şəhanə Quliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər