Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq

137

Bu şənbə – oktyabrın 26-da növbəti dəfə xalq yazıçısı Elçinin “Qatil” pyesinin səhnə versiyası göstəriləcək. SİA-ya teatrdan verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Firidun Məhərrəmovdur. Teatr rəhbərliyi balacaları da nəzərə alıb. Belə ki, onlar 26 oktyabr gündüz saat 11.00 və 13:00- da yeni bərpa olunan “Əlibaba və qırx qıldur” tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, tamaşanı ərəb xalq nağılı əsasında rejissor Vasif Məmmədov səhnələşdirib. Rolları Şəmistan Süleymanlı, Şəhla Məmmədova, Akif Mirzəyev, Sevda Hüseynova, Mətləb Səfərli, Aynur Hümmətova, İlqar İbrahimov, İlham Səfərli, Rövşən Əsgərov, Elmir Mehdiyev və başqaları ifa edirlər

27 oktyabrda isə uşaqlar iki seans olmaqla saat 11.00 və 13.00-da Abdulla Şaiqin “Qaraca qız” tamaşasını yeni versiyada izləyə biləcəklər. Axşam isə saat 18.00-da Con Patrikin “Qarını öldürməliyik” dramı göstəriləcəkdir. Tamaşanın quruluşu Firudin Məhərrəmova məxsusdur.

Yeni mövsüm xüsusi yaradıcılıq aurası ilə seçilir. Böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirilərək yeni quruluşda tamaşaçılara təqdim olunacaq. Artıq tamaşanın oxu məşqlərinə başlanılıb. Həmçinin, teatrın yaradıcı heyəti “Sumqayıt -70” möhtəşəm yubiley tədbirində – kütləvi bayram tamaşasında çıxış edəcəklər.

Bir sözlə Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman sumqayıtlı teatrsevərlərin zövqünu oxşamaqdan qürur duyur və bundan ötrü ən kreativ layihələrə imza atmaqda davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər