Həkimdən quş qripi ilə bağlı həyəcan təbili: Qızdırma, boğaz ağrısı, əzginlik – FOTO

1061

Son günlər quş qripi ilə bağlı yayılan məlumatların sayı artıb. Bu da normal olaraq əhali arasında narahatlığa səbəb olub.

Koronavirus pandemiyası ilə mübarizə apardığımız dövrdə ikinci bir epidemik vəziyyətin yarana bilmə ehtimalı insanlar arasında geniş müzakirələrə səbəb olub.

Bəs bütün ehtimallara rəğmən quş qripindən qorunmaq üçün hansı addımlar atılmalıdır?

Bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva məlumat verib.

O bildirib ki, Avian influenza – quş qripi İnfluenza viruslarının A alt tipinin səbəb olduğu yoluxucu xəstəlikdir:

“Quşlarda və məməlilərdə tənəffüs və mədə-bağırsaq sisteminin pozulması əlamətləri ilə müşayiət olunan xəstəliyə səbəb olur. İnfluenza A virusları hemaqqlütinin (H) və neyroaminidaza (N) antigenlərinə görə təsnif olunur (H5N1, H7N7, H9N2 və s.). Quşlarda xəstəliyə səbəb olan 15 alt tipi var. Bu alt tiplərdən bəzilərinin quşlarda öldürücülüyü çox yüksəkdir və əlamətlərin başladığı ilk günlərdə belə ölümə səbəb olur.

Xəstə heyvanların sekresiyaları ilə birbaşa təmasla, həmçinin infeksiya düşmüş yem, su və geyimlərdən yoluxma baş verə bilər. Simptomsuz quşlarla təmas sonrası da yoluxma ola bilər. İnsanla təmas və tənəffüs yoluyla da yoluxmaq mümkündür. Avian influenza virusu insanlara birbaşa yoluxmur. Xəstə heyvanlar və yoluxmuş səthlərə təmas nəticəsində insana keçdiyi təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı insandan insana yoluxmanın olmadığını göstərsə də, səhiyyə işçiləri, quşçuluq sahəsində işləyən işçilər və ailə üzvləri arasında şübhəli yoluxma hallarının olduğu bildirilib”.

Həkim qeyd edir ki, xəstəlik ölkə daxilində quşçuluq fermaları arasında sürətlə yayıla bilir:

“Yoluxmuş avadanlıqlar, geyimlər, ayaqqabılarla bir yerdən başqa yerə daşına bilər. Vəhşi quşların virusu ev quşlarına yoluxdurması epidemiyanın əsas səbəbidir. Canlı quş bazarları da xəstəliyin yayılmasında çox önəmlidir.

Xəstəliyin əsas əlamətləri 38 dərəcə və yuxarı qızdırma ilə birlikdə müşahidə edilən öskürək, boğaz ağrısı, əzginlik, təngnəfəslik, diareyadır.

Xəstəliyin inkubasiya müddəti 2-5 gün olsa da, 17 gün sonra xəstəliyin inkişaf etməsi halları da müşahidə edilib. Quş qripinin klinik əlamətləri xəstəliyə səbəb olan virusun alt tiplərinə görə dəyişir. Başlanğıçda yüksək qızdırma (38 dərəcədən daha yüksək) və aşağı tənəffüs yolları simptomları adi qripə oxşayır. Boğaz ağrısı, öskürək və əzələ ağrısı müşahidə edilir. Xəstəlik zamanı yuxarı tənəffüs yolları simptomları nadir hallarda müşahidə edilir.

H5N1 ilə meydana gələn infeksiyada H7 və ya H9 alt tipləri ilə əmələ gələn infeksiyadan fərqli olaraq, nadir hallarda konyuktivit olur. Bəzi insanlarda xəstəliyin başlanğıcında diareya, qusma, qarın ağrısı, plevritik ağrı, burun və diş ətı qanamaları müşahidə edilir”.

Başlanğıc simptomlardan sonra aşağı tənəffüs yollarında əlamətlərin əmələ gəldiyini deyən həkim, tənəffüs çətinliyinin tez-tez müşahidə edildiyini qeyd edir:

“Xəstələrin demək olar ki, hamısında pnevmoniya mövcuddur. Radioloji müayinədə dəyişikliklər diffuz, multifokal, yamasal infiltrasiyalar, interstisial infiltrasiyalar və hava bronxoqramları ilə birlikdə seqmental və lobular konsolidasiyalar şəklindədir.

Xəstəlikdən qorunma yolları isə aşağıdakı kimidir:

Xəstəlik şübhəsi olan ölü və ya canlı quşlarla təmas etmədən öncə gərəkli tədbirlər (əlcək, maska geyinilməsi) alınmalıdır.

Şübhəli materiala yalın əllə toxunulmuşsa, əllər mütləq sabunla yuyulmalıdır.

Kontrol edilmiş məhsullar yeyilməlidir.

Quşlar uygun şəraitdə (60-70 dərəcədə) yaxşı bişirilməlidir.

Xəstəlik şübhəsi olan şəxs həkimə müraciət etməlidir.

Xəstələnən və ya xəstəlik şübhəsi olan insanlarla təmas edən ailə yaxınları və tıbb işçiləri qoruyucu maska və önlük geyməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər