Həkimlərdən xəbərdarlıq – Şəkər xərçəngdən daha TƏHLÜKƏLİDİR

1187
Tərkibində şəkər olan ərzaqlar ömrü qısaldır və xeyli çətin müalicə olunan xəstəliklərin yaranmasına səbəb olur.
Medicina.az-ın moderator.az-a istinadən məlumatına görə, avstraliyalı alimlər, dietoloqlar, həkimlər hesab edirlər ki, şəkər hətta xərcəngdən və duzdan da betər insanın sağlamlığı üçün 1№-li problem ola bilər.
Alimlərin rəyinə görə, şəkərli ərzaqlardan istifadə etməyin azaldılması nəinki artıq çəkidən qurtulmaqdır, həm də əhəmiyyətli dərəcədə orqanizmi sağlamlaşdırır. Alimlər şəkərdən imtinanı insan sağlamlığını tədricən pisləşdirən zəhərli maddələrin qəbul edilməsi ilə müqayisə edir, yəni burda əksinə, sağlamlıq tədricən düzəlir.
Alimlər hesab edir kİ, müasir insan gündə 35% kalorini zərərli ərzaqlardan alır, bunların da əksəriyyəti süni mənşəyə malikdir. Eyni zamanda çox vaxt təbii ərzaqları əvəz edən alkoqolsuz qazlı içkilər, şokolad, yoqurt və şirniyyat  da risk qrupuna aiddir.
Amma alimlər şəkərdən birdən – birə imtinanın orqanizmdə ciddi stresə səbəb olacağını da xəbərdar edirlər ki, adamlar baş verənlərdən çaşa bilərlər. Alimlər müəyyənləşdiriblər ki, ümumiyyətlə nədənsə birdən-birə imtina edib, sərt dietaya oturmaq, 58% hallarda kəskin şəkildə mədə pozuntusuna gətirib çıxarır. Alimlərin sözlərinə görə belə olan halda təbii süddəki laktoza, bu ən təhlükəsiz karbohidrat sayılır və yeməkdə rahat istifadə etmək olar.
Eyni zamanda alimlərin sözlərinə görə, sağlam yeməyə keçməyin sadə üsulu yeməkdə müəyyən miqdarda meyvə və tərəvəzdən istifadə ola bilər. Belə yanaşma orqanizmdə nəinki zəruri olan qida maddələrinin səviyyəsini saxlamağa, həm də sürətlə sağlamlığı bərpa etməyə imkanı verərdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər