Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, Əhmədov Yaşar Mail oğlunun meyiti bir neçə dəqiqə əvvəl tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri – kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
Digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılıb.