Həm müəllimdir, həm də müğənni – Sumqayıtda xadimənin qeyri-adi həyatı (VİDEO)

666
Xatirə Rzayeva Tovuz rayon sakinidir. Hazırda Sumqayıtda yerləşən şadlıq saraylarından birində xadimə işləsə də ixtisasca rəsmxətt müəllimidir. Bir müddət Tovuzun Azaflı kəndində orta məktəbdə rəsmxətt müəllimi işləyib. Tale elə gətirib ki, qızı Sumqayıt Tibb Kollecinə qəbul olub və ailə də bu səbəbdən Sumqayıta gəlib.
İndi xadimə işləməsinin səbəbi isə ailəsinə dəstək olmaqdır. Xatirə xanım deyir ki, təsadüfən oxuduğu mahnının ona bu qədər məşhurluq gətirəcəyini düşünməyib.
İstedadını daha böyük auditoriyaya təqdim etmək arzusunda olan müsahibimiz APA TV üçün bir neçə mahnı da ifa etdi.
Xatirə Rzayeva deyir ki, musiqiyə uşaq yaşlarından böyük marağı olub. Amma istedadını göstərmək ona Sumqayıtda nəsib olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər