Hərbi hissəyə gəlib əsgəri bıçaqlayan şəxsə hökm oxundu - SUMQAYITDA

1114
Xızıda adam öldürməyə cəhddə ittiham edilən Camal Hüseynovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Anews.az xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, C.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, C.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 11 aya endirilib.

C.Hüseynov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (soyuq silah saxlama) maddələri təqsirli bilinib.
İttihama görə, hadisə 2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xızı rayonunda yerləşən N saylı hərbi hissəsində baş verib. 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğlu mülki şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu saxlanılıb.

Məlumata əsasən, C.Hüseynov hərbi hissəyə gələrək yalandan əsgər C.İsgəndərova onun qrup yoldaşının qohumu kimi özünü təqdim edərək görüşə gəldiyini deyib.
Daha sonra o, əsgəri buraxılış məntəqəsinin yaxınlığında yerləşən təpənin arxa tərəfinə dəvət edib, orada guya bacısı qızı ilə qardaşı oğlunu evləndirmək niyyətinin olduğunu, bu səbəbdən həmin qız barəsində nə düşündüyünü soruşub. Bu zaman bacısı qızını C.İsgəndərov müsbət xarakterizə etmədiyindən qəzəblənib, üzərində gəzdiriyi ov bıçağı ilə onun döş nahiyəsinə 4 dəfə zərbə endirib.

Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.(unikal)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər