“Həyat dözülməz olacaq” - Houkinqdən qorxulu proqnoz

1382

Britaniyalı astrofizik Stiven Houkinq hesab edir ki, davam edən qlobal istiləşmə Yerdə həyatı dözülməz edəcək.

AzVision.az xəbər verir ki, bu barədə dünyaca məşhur alim “Sevimli yerlər” video layihəsində (Stephen Hawking’s Favourite Places) bildirib.

Professor hesab edir ki, problem həll olunmasa, Yer Veneranın taleyini təkrarlaya bilər.

NASA-nın araşdırmalarına əsasən, 4 milyard il bundan əvvəl Venera Yerə bənzəyib. Orada su, bitkilər olub, planetdəki temperatur isə Yerdəkinə uyğun olub. Lakin atmosferdə parnik qazların atması ilə Venerada temperatur 460 selsi dərəcəyə qalxıb.

Houkinq qeyd edib ki, Yer planetinin yaşının 4,5 milyard il olduğu nəzərə alınsa, 200-500 il sonra insanlar özünə yeni “ev” axtarmalı olacaq: “Növbəti dəfə iqlimin dəyişdiyini inkar edən şəxslə qarşılaşsanız, onda onu Veneraya göndərin. Mən onun gediş pulunu ödəməyə hazıram”.

Xatırladaq ki, daha əvvəl Stiven Houkinq 2060-cı ildə bəşəriyyətin Yer üzündən silinəcəyini bildirmişdi. Alimin fikrincə, Yerdə əhalinin sayı artmağa davam edəcək, enerji istehlakı artacaq, planetin özü isə “alışan alov kürəsi”nə çevriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər