“Həyat Eşqi Akademiyası” fəaliyyətə başlayır

946

“Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Həyat Eşqi Akademiyası” mart ayından etibarən silsilə interaktiv seminarlara start verir

Bu silsilədən ilk seminarımız əziz Xanımlara həsr olunur. Mövzu “Cəmiyyətin Qadını” adlanır. Seminarda aşağıdakı mövzulara toxunulacaq.

* Qadın süpürgədir yoxsa ətirli gül?!
* Qadınların kişilərlə bərabər olmasına nə mane olur?
* Cəmiyyətdə qadın və ya cəmiyyətin qadını
* Gender bərabərliyi nədir?
* Streotipli cəmiyyətdə qadın

Seminarın spikeri sosioloq Cavid İmamoğlu olacaq. http://on.fb.me/AC1wv4

Spiker “Azərbaycan” Universitetinin müəllimi, BMT-nin Əhali Fondunun “Gender əsaslı zorakılıq” üzrə təlimçisidir.

Semianr ÖDƏNİŞSİZdir və hər bir kəs iştirak edə bilər.

Cavid İmamoğlu: “Bəlkə də bir neçə əsrlər öncə heç kəs düşünməzdi ki, bir zaman gələcək, qadınları kişilərdən qoruyan qanunlar qəbul ediləcək. Və o zaman gəldi. Bu gün dünyada hər 3 qadından biri kişilər tərəfdən şiddətə məruz qalır və bu yolla cəmiyyətdə qadının rolu azaldılmış olur.”
“Qadın gülsə, bəşəriyyət güləcək,
Sürüklənən bəşəriyyət QADINla yüksələcək!!!”
Hüseyn Cavid

Bundan sonrakı seminarların mövzuları özünə inam, məqsəd və hədəflər, uğurlu karyera, cəmiyyət, müxtəlif yanaşmalar və s. olacaq. “Həyat Eşqi Akademiyası”nın əsas məqsədi gənclərə hadisələrə fərqli yanaşmaq, fərqli baxmaq, fərqli düşünmək və fərqi hiss etmək kimi rəngarəng həyatdan zövq almağı aşılamaqdır.
Əlavə məlumat üçün : +994556406487 Tofiq Sadıxov
Tarix : 10 mart
Saat : 11.00
Ünvan : Sumqayıt şəhəri, 12-ci mkr, Koroğlu küç. 27a ( Okean binasının arxası)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər