Həyatı boşa xərcləməyimizin 13 ƏLAMƏTİ

1646

Ömür bizə verilmiş qısa müddətli bir zaman kəsiyidir. Çalışçıb onu səmərəli və dəyərli keçirməyə cəhd etməliyik.

Sumqatitxeber.com islaminsesi.info-ya istinadən həyatımızı korlayacaq 13 əlaməti təqdim edir.

1.Elə dəyər kəsb etməyən xırda şeylərə həddindən artıq çox zaman sərf etmək.

Daha çox video oyunlar, televizor və internet. Daha çox yemək və daha çox əyləncə. Siyahını uzada bilərik. Həyatınıza ciddi bir nəzər salın. Vaxtınızın ən çoxunu hharada keçirirsiniz? Bu sizə xeyir gətirirmi? Sizə yaxşı həyat vəd edirmi?

2. Çox şikayətlənirsiniz.

Siz öz işinizdən, müdirinzdən və ya həyat yoldaşınızdan çox şikayətlənirsiniz? Əgər bu şikayətlərlə heç nə dəyişmirsə onda etməyin. Neqativ enerji ilə ətrafınızı və özünüzü zəhərləyirsiniz. Sevmədikləriniz haqqında susun, sevdikləriniz haqqında danışın. Bir bunu test edin, tezliklə nəticəsini görəcəksiniz.

3. Öz ağlınızı qidalandırmırsınız.

Su belə axmayanda və yenilənməyəndə iylənir. Eyni şey bizim ağlımızla da baş verir. Əgər biz yeni şeyləri öyrənmiriksə onun aktivliyindən söhbət gedə bilməz. Daim məşq edin və ayıq olun.

4. Daxilinzdə daim mənfi dialoq aparırsınız.

Özünüzə nəyi təlqin etsəniz onun də nəticəsini görəcəksiniz. Fikirlərinizi və niyyətlərinizi nəzarət altında saxlayın. O zaman həyatın idarəsi sizin əlinizdə olacaq.

5. Heç bir ilham hiss etmirsiniz.

Heç nəyə marağınız yoxdur? Nə isə olmalıdır ki, siz onu etməkdən zövq alasınız. Özünüz üçün bunu kəşf edin.

6. Özünüz üçün gələcəyi xəyal etmirsiniz.

Bəli, həyatda andan zövq almaq da var, amma bəzən də irəli baxmaq lazımdır. Əgər sizin bir məqsədiniz yoxdursa, onda axının sürüklədiyi qayıqdan fərqiniz olmaz.

7. Sizə lazım olmayan adamlarla daha çox vaxt keçirmək.

Dayanmadan heç bir irəliləyiş əldə edə bilməyəcəyiniz insanla münasibət qurmaq sizin öz yerinizdə saymağınıza səbəb olacaq. Xüsusi enerji əmən insanlar var ki, insanı tükəndirirlər. Onlar insanın həyatına daxil olaraq bütün vaxtini və enerjisini oğurlayar və əvəzində də heç nə verməzlər.

8. Siz telefondan çox asılısınız.

Bir anlıq düşünün öz sevimli “oyuncağınıza” nə qədər vaxt sərf edirsiniz? Əgər telefondan bir az aralı dursanız hansı münasibətiniz və ya problemizi düzəlməz ya da korlanar? Sizə internetdən yazan dostlarınız sizə vaxtınızdan əzizdir? Siz vaxtınızı internetdəki dostlarınıza sərf edərkən, yaxında olan əzizlərinizi unudursunuz.

9. Siz pulu boş yerə xərcləyirsiniz.

“Mənə lazımdır” və ya “Bunsuz da yaşaya bilərəm” ifadələrinin arasında çox fərq var. Bəzi insanlar kreditlərdə can çürüdürlər ki, təki onların əlində (əynində) müasir modeldə (dəbdə) nəsə görsünlər. Halbuki bizim yaşamaq üçün elə də çox şeyə ehtiyacımız yoxdur. Yeməyə yeməyimiz, içməyə suyumuz və yaşamağa damımız varsa bu kifayət etməlidir. Artıq olan hər şey bonusdur. O bonusu da özümüzə niyə zülm edərək əldə edək ki?!…

10. Siz yuxu yatmırsınız.

Ən yaxşı yuxu sağlamlığın açarıdır. Əgər siz yuxusuzluq edərək səhərə qədər haralardasa avaralanmağı seçmisinizsə, tezliklə bunun hesabını sağlamlığınızla ödəyəcəksiniz.

11. Öz bədəninizin halına qalmırsınız.

Əgər desək ki, sağlam qida və idman sağlamlıq üçün əhəmiyyətlidir yeni söz olmayacaq. Yadda saxlayın tənzimlənmiş qidalanma və fiziki hərəkətlər təkcə artıq çəkinin deyil, həmdə insanın psixoloji vəziyyətinin düzəlməsinə xidmət edir.

12. Öz rahatlığınızı pozmaq istəmirsiniz.

Öz həyatınızı yaxşılaşdırmaq üçün risk etmək istəmirsiniz? Amma yadda saxlayın dəli kimi risknən, normal riskin arasında fərq var. Ağıllı risklər hərdən lazımdır.

13. Siz bəyənmədiyiniz bir həyatı yaşayırsınız.

Siz həqiqətən xöşbəxtsiniz? Əgər belə deyilsə həyatınızı rəngləyin, həyatdan zövq alın. Bütün mümkün variantlardan istifadə edərək həyatınızı gözəl edin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər