Həyatınızda böyük fərqlər yaratmaq üçün edə biləcəyiniz 5 sadə dəyişiklik

1274

Hansı işi gördüyünüz və ya nə ilə məşğul olmağınızdan asılı olmayaraq, hamının müəyyən günlük rutini var. Növbəti gün nə edəcəyinizi müəyyən qədər bilirsiniz. Bir-birini təkrarlayan günlər yaşayarkən, nələrinsə öz-özünə dəyişməsini ya da fərqli olmasını gözləmək sadəlövhlükdür. Qazanacağınız fərqli vərdişlərlə həyatınızı istədiyiniz yönə götürməyi sınayın.

Sınamaq istəyənlər aşağıdakı sadə addımlarla başlaya bilərlər:

1) Səhər yuxudan duran kimi telefonunuzu qurdalamamaq

Milli.Az bizplus.az-a istinadən bildirir ki, ağıllı telefon istifadəçilərinin 80%-i hər səhər yuxudan oyanan kimi ilk iş kimi telefonlarına baxarlar. Əgər həmin 80%-in içində olduğunuzu düşünürsəniz bu məsləhət sizin üçündür. Günə telefonu qurdalamaqla başlamağın pis tərəfi gün boyunca vacib işlərə fokuslanma qabiliyyətiniz azalır. Bu eyni zamanda məhsuldarlığınızı da zəiflədən bir vərdişdir. Günə özünüzü dinləyərək başlamağınız isə, əmin olun sizə daha yaxşı təsir edəcək.

2) Gündə azı 1 saat heç kimlə danışmamağı sınayın

Gününü olduqca aktiv keçirənlər üçün olduqca çətin, amma bir o qədər də önəmli bir maddədir. Çünki, gündə 1 saat belə heç kimlə danışmamaq fokuslanmağınızı yüksək səviyyəyə çıxartmağın ən yaxşı yoludur. Bunu kiçik addımlarla başlaya bilərsiniz. Məsələn, ilk addımda 10 dəqiqə heç kimlə danışmamağı sınamaq kimi…

3) Gördüyünüz hər işə yüksək səviyyədə fokuslanmaq

Bu vərdişlə bədəniniz və beyniniz sinxron vəziyyətdə olur, nəticədə məhsuldarlığınız zirvəyə qalxır. Bunu bacarmağın bir yolu nə qədər önəmsiz göründükləriniə baxmayaraq, etdikləriniziə diqqət etməkdir. Nə edirsinizsə edin, ona maksimum səviyyədə fokuslanmağı sınayın.

4) Xoşbəxt olmaq üçün səbəb axtarmamaq

Çoxları tərəfindən qəbul edilmiş inancın əksinə, xoşbəxt olmaq üçün bir səbəbin olmasına ehtiyac yoxdur. Xoşbəxt olmaq üçün kimisə və ya nəyisə gözləyirsinizsə, həyatın əsl mənasını itirirsiniz deməkdir. Gündə sadəcə 30 dəqiqə belə xoşbəxtliyi hiss etməyiniz motivasiyanızı artıracaqdır.

5) Şikayətlənməməyi öyrənmək

Həyat maneələrlə dolu bir yoldan ibarətdir deyə bilərik. Hər səfərində bu yol haqqında düşündüyümüz mənfi fikirlər isə həyat keyfiyyətinizi ciddi şəkildə azaldacaq bir şey olacaqdır. Depressiv, stressli və tək hiss etməyinizə səbəb ola biləcək səbəbləri bir kənara buraxmağı sınayın. Bu rahat tərk ediləcək bir vərdiş deyil, amma bunu sınadığınızda həyatda həqiqətən önəm daşıyan şeyləri düşünmək üçün daha çox vaxtınızın olduğunu fərqinə varacaq, problemlərinizin öhdəsindən daha rahat gələcəksiniz.

“Motivasiya başladığın, vərdiş isə davam etməyinə imkan verən şeydir” – Cim Ron

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər