Heydər Əliyev Sumqayıt Dövlət Universitetində anılıb

695

Bu gün Sumqayıt Dövlət Universitetində Umumilli Lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə bağlı tədbir keçirildi. Öncə universitetin rektoru professor Nadir Qəhrəmanov və təhsil ocağının professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin universitet binasının foyesində yerləşən büstü önünə tər gül dəstələri qoyaraq dahi siyasətçinin xatirəsinə ehtiramlarını ifadə etdilər.

Universitetin rektoru professor Nadir Qəhrəmanov anım günü ilə bağlı keçirilən tədbiri açaraq, ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Rektor diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Rektor dahi lider Heyder Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd etdi ki, dahi siyasətçi Sumqayıt Dövlət Universitetinin fəaliyyətini də diqqətdə saxlayırdı: “Məhz onun 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib”.

N.Qəhrəmanov vurğuladı ki, dahi liderin Azərbaycan xalqı üçün ən böyük xidmətlərindən biri İlham Əliyev kimi davamçısını yetişdərməsidir.

Tədbirdə daha sonra universitetin Tarix fakültəsinin dekanı professor Adil Baxşəliyevin “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Əmirxan İsayevin “Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafındakı rolu”, universitetin Tələbə Gənclər Təşkilatının sədri Aytən Nəciyevanın “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənildi.

Daha sonra tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Böyük ömrün salnaməsi” adlı sənədli film nümayiş etdirildi.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər