Heydər Əliyev və azərbaycançılıq

838

“Müstəqil Azərbaycan dövlətinin  əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubuyyətinə görə qürur hissi  keçirtməlidir. Və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətinı, milli – mənəvi  dəyərlərini  yaşatmalıyıq”

Ümumilli  lider  Heydər  Əliyev.

Azərbaycan  xalqının ümumilli  lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik  dövlətçilik  tariximizdə  yeni parlaq səhifə  açan  nadir,  bənzərsiz  şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu  yalnız Heydər  Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün  həyatını xalqın xoşbəxt gələcəyinə, qüdrətli  Azərbaycan  dövlətinin   yaradılmasına  və  inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısında  xidmətləri misilsizdir.  Heydər Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  ötən  əsrin  70 – 80 – ci  illəri yaddaşlarda  təkcə  iqtisadi  yüksəliş  dövrü  kimi  deyil,  həm  də  elmin, təhsilin,  mədəniyyətin  tərəqqisi  illəri  kimi qalıb. 1969 – 1982 – ci  illərdə  həyatımızın bütün sahələrində köklü  islahatlar aparılmış,  əsaslı  dəyişiklilər baş vermişdir.

Heydər  Əliyev fenomeninin  ən mühüm  göstəricilərindən  biri  də azərbaycançılıq  məfkurəsinin  real  siyasi  amilə  çevrilməsidir.

Məlum  olduğu  kimi,  azərbaycançılıq  ideyasının  tarixi  son  iki  əsri  əhatə  edir. XIX  əsrin  milli  maarifçilik  hərəkatı  nümayəndələrinə  qədər  azərbaycançılıq  ifadəsi   əsasən  vətənçilik,  vətənsevərlik  mənasında  işlədilirdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilk  dəfə  azərbaycançılıq  ideyasını   yeni  dövrü  sistemli  məzmunda   dövlət  siyasəti  səviyyəsinə  qaldırmağa   cəhd  göstərərək  Cümhuriyyətin  fəaliyyətini  bu  istiqamətdə  qurmağa  çalışmışlar.  Cümhuriyyətin  süqut  etməsi  azərbaycançılıq  ideyasını  gündəmdən  çıxararaq  kommunist  ideologiyasının  kölgəsinə  saldı.  Sovet  dövründə  azərbacançılıq  milli  adət – ənənələrdə, müəyyən  qədər  bədii   əsərlərdə  yaşamışdır.

Məhz  Heydər  Əliyev  azərbaycanlıların  istiqlal  duyğularında  qığılcım  kimi  közərən  milli  dövləçilik  düşüncəsini  – ötən  əsrin  70  – ci  illərinin  əvvələrində  başlamaqla  əsrin  sonlarına  doğru  – müstəqil  Azərbaycan  dövləti  kimi  əzəmətli  reallığa  qovuşdurmuşdur.  Ümumilli  lider  həmin  illərdə  milli – mənəvi  dəyərlərin,  milli  ruhun  qorunması,  kadrların  milliləşdirilməsi,  azərbaycançılıq  ideyasını  sistem  halına  salınmasında  bir  sıra  mühüm  tədbirlər  həyata  keçirmişdir.  Ulu  öndər  daim  vurğulayırdı :  “  … azərbaycançılıq  ideologiyası  real  müstəqilliyə  nail  olmaq,  vahid,  bölünməz  Azərbaycanı  qoruyub  saxlamaq  və  möhkəmləndirmək  üçün  vasitədir.”

Azərbaycan  Respublikasının  prezidenti  kimi  Heydər  Əliyev  azərbaycançılıq  ideologiyasını  formalaşdırarkən  çoxəsrlik  milli – mənəvi  dəyərlərin  qorunmasına,  dövlət  siyasətində  ehtiva olunmasına  ciddi  diqqət  yetirirdi.  Ulu  öndərin  azərbaycançılıq  təlimində  dövlətçiliyimizin  və  ideoloji  düşüncəmizin  tarixi  ənənələri  səylə  nəzərə  alınır,  tarixilik  və müasirliyin  nəzəri  vəhdəti əsas yer tutur.  10  noyabr  2001 – ci  ildə Dünya Azərbaycanlılarının I  Qurultayındakı nitqi azərbaycançılığın tarixi  proqram  sənədidir.

2001 – ci  il  mayın  23 – də  imzaladığı  sərəncama  əsasən  keçirilmiş  bu  qurultayın  dünyanın  müxtəlif  ölkələrində  yaşayan  soydaşlarımızın  müstəqil  Azərbaycan  Respublikası  ilə  əlaqələrinin  daha  da  möhkəmləndirilməsi,  həmrəyliyin  təmin  olunması, cəmiyyət  və  birliklərin   fəaliyyətinin   gücləndirilməsi  üçün  şərait  yaratmışdır.  Həmin  qurultaydan  sonra  Azərbaycan  diaspor  hərəkatı  tamamilə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Bu  sahədə  sistemli  dövlət  siyasətinin  həyata keçirilməsi  məqsədilə  ümumilli  lider 2002 – ci  ildə   “ Xaricdə yaşayan Azərbaycanlılarla  İş  Üzrə Dövlət Komitəsinin  yaradılması barədə” fərman imzaladı.

Heydər   Əliyev  xarici  ölkələrə  səfərləri  zamanı  azərbaycanlılarla  çoxsaylı  görüşlərində  onların  daim  milli  ideya  ətrafında  birləşməyə,  milli  təşkilatlar,  dərnəklər  yaratmağa  səsləmişdir. Eyni  zamanda, Vətnlə  –  doğma Azərbaycanla  sıx  əlaqə  saxlamağa,  bir  anda  olsun  Azərbaycanı  unutmamağa  çağırmışdır.  Bu  ideologiyanın  pozitiv  xarakteri  həm  də  dünyaya  səpələnmiş  50  milyonluq  azərbaycanlının  vahid  ideallar  naminə  səfərbər  etmək  qüdrətilə  müəyyən  olunur.

Ulu  öndərin  azərbaycançılıq   təliminin  təməlində məhz Azərbaycan dili dayanır.  Azərbaycan  dilini  bilmədən  azərbaycançı  olmaq  mümkün  deyil.  Heydər  Əliyev  1997 – ci  ildə  ABŞ – a  səfəri  zamanı  çoxsaylı  azərbaycanlılarla  görüşündə  bunu  bir  daha  vurğulamışdır:  “Harda  doğulmağın  fərqi  yoxdur, əsas odur ki, sən azərbaycanlısan,  Azərbaycan  dilinin, mədəniyyətinin  daşıyıcısan.”

Hakimiyyətdə  olduğu  bütün  dövrlərdə  Heydər  Əliyev  Azərbaycan  dilininin  milli  mənliyin  baş  məsələsi  kimi  diqqət  mərkəzində  saxlamışdır.  1978 – ci  ildə  Ulu  öndər  böyük  cəsarət  göstərərək  Azərbaycan  dilini  dövlət  dili  kimi  Azərbaycan  SSR – nin  konstitusiyasına  daxil  etmişdir.

Azərbaycan  əlifbasının  tətbiqi  ilə  bağlı  fərman  imzalamaqla  iki  əsrə  qədər  uzun  bir  zaman  ərzində  həll  olunmamış  bu  problemin  aradan  qaldırılmasında  həmişə  olduğu  kimi  qətiyyətli  mövqe  nümayiş  etdirdi.  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Prezidentinin  18  iyun  2001 – ci  il  tarixli  fərmanı  və  “Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  prezidentinin  9  avqust  2001 – ci  il  tarixli  fərmanı  böyük  tarixi  siyasi  əhəmiyyətə  malik  sənədlərdir.  Beləliklə  1  avqust  əlifbamızın  və  dilimizin  bayramı  kimi  rəsmiləşdirildi.  Bu  da  azərbaycançılığın  yeni  bir  bayramı  oldu.  Eyni  zamanda  bu  tarxi  sənədlər  yeni  əsrin  və  üçüncü  minilliyin  əvvəllərində  azərbaycançılığın  tərkib  hissəsi  kimi  böyük  strategiyasının  təməl  faktları  idi.

Ümumilli  luider  Heydər  Əliyevin  əsasını  qoyduğu  azərbaycançılıq  ideologiyasının  mühüm  prinsiplərindən  birini  məhz  gənclərin  vətənpərvərlik  ruhunda   yetişdirilməsi  təşkil  edir.  Azərbaycançılıq  məfkurəsinin  gənclər  arasında  təbliğ  edilməsi,  gənc  nəslin  mütəşəkkil  formada  yetişdirliməsi  üçün  Ulu  öndər  1994 – cü  il  iyulun  26 – da  Gənclər  və  İdman  Nazirliyini  yaratdı  “  Hər  bir  Azərbaycan  gənci  hər  şeydən  çox,  hər  şeydən  artıq  müstəqil  Azərbaycanın  bu  günü,  gələcəyi  haqqında  düşünməlidir”  deyən  Heydər  Əliyev  sözü  gedən  nazirliyin  əsasını  qoydu.  Bu  siyasi  dövlət  istitutu  qısa  vaxtda  gənclər  siyasətinin  əsas  konturlarını  müəyyənləşdirdi  və  reallaşdırmağa  başladı.  1995 – ci  ildə  Gənclər  Təşkilatlarının  Milli  Şurası  yaradıldı.  Bu  siyasətin  davamı  olaraq  1996  – cı  il  yanvarın  26 – da  Heydər  Əliyevin  imzaladğı  Sərəncama  əsasən,   fevralın  2 – də  Azərbaycan  Respublikası  gənclərinin  ilk  forumunun  keçirilməsi  qərara  alındı.  Forum   ölkə  gənclərinin  hər  bir  sahədə  fəal  iştirak  etməyə  hazır  olduğunu  nümayiş  etdridi  və  gənclərlə  işin  nəzərəçarpacaq  dərəcədə  canlanmasına  səbəb  oldu.  1997 – ci  il  fevralın  1 – də  forumun  ildönümü  münasibətilə  gənclərin  bir  qrupunu  qəbul  edən  Heydər  Əliyev  2  Fevral  Azərbaycan  gəncləri  gününün  elan  edilməsi  haqqında  Sərəncam  imzaladı.

Bütün  ruhu,  qanı,  canı  ilə  özünü  azərbaycanlı sayan ümummilli  lider  cəmiyyətin  bütövləşməsi,  azərbacançılıq  ideologiyasının  milli  həmrəyliyin  aparıcı  amilinə  çevrilməsi  istiqamətində  mühüm  işlər  görərək  ümumxalq  birliyinin  dərin  poliotoloji  və  nəzəri  əsaslarını  irəli  sürdü.  Böyük  strateq  azərbaycançılğın  tarixən  formalaşmış  ayrı – ayrı  komponentlərini  vahid  sistem  və  konsepsiya  halına  gətirərək  onu  dövlət  idarəçiliyinin  elmi – nəzəri  əsasına  çevirdi.

Sevinc Əmirova, Sumqayıt şəhərinin Tarixi Muzeyinin Kütləvi ekspozisiya şöbəsinin müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər