Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin formalaşdırilması

6690

Sonillər ölkəmizdə gedən demokratik dəyişikliklər və görülən tədbirlər gənclərin hərtərəfli inkişafınin təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına müsbət təsir göstərmişdir. Hələ 1999-cu ildə ölkə prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmiş “Dövlət gənclər siyasəti haqqında” fərman dövlət gənclə rsiyasətinin həyata keçirilməsinə, uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsinə, uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaratmışdır.
Həmin fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə 1999-2004-cü illər ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən, normati və hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm (indikiGənclərvə İdman) Nazirliyi, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzivə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılmışdır.Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlerinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata keçirilən gənclər siyasətini tənzimləmək məqsədi ilə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qebul edilmişdir.Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçillik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət- ənənələrinə, dövlət dilinə və ümummilli problemlərin həllinə,hüquqvə azadlıqların hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühum fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.Gənc nəslə diqqət və qayğı dövlətin ən mühum fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlaması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür. Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir.Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatların qarşısında mühum vəzifə kimi qoyulmusdur. 1996-ci il fevralın 2-də I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günu, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərakatının vüsət almasına təkan verdi. İndiyədək gənclərin7 forumu keçirilmişdir.Ulu öndər gənclərlə aparılan işin canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü-fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. II forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir: “ Bizmüstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini , təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir.Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, vətəninə və Dövlətinə həsr etməyə hazırdır.
Azərbaycan Respublikasında dövlət gənclər siyasətini daha inkişaf etdirmək, gəncləri dövlət idarəçiliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə prezidenti cənab İlham Əliyevbir cox sərəncamlar imzalamışdır.Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncləri hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır.Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır.
Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir.Mən tam əminliklə deyə bilərəm ki, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi aydın bir yol var .
Müstəqil Azərbaycanın İnkişafı!

Sumgayit Dövlet Universitetini tarix üzre felsefe doktoru
Elmar Xəlilov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər