Heydər Əliyev və dil siyasəti

1414

Dünyada müxtəlif dillərdə danışan xalqların sayı çoxdur. Əksəriyyəti məişət səviyyəsindən, adi ünsiyyət funksiyasından uzağa gedə bilmir. Ən yaxşı halda isə ya şifahi, ya da uzaqbaşı yazılı ədəbi dil şəklində fəaliyyət göstərir. Dövlət dili statusu qazanan, həmin statusa uyğun işlənən dillər isə çox deyil. Mövcud olan dillərin heç onda biri bu şərəfə nail ola bilməyib. Bunun çox müxtəlif səbəbləri vardır. Onlardan biri də dövlətçilik ənənələrinin mövcud olmaması, dövlət idarələrində və sənədləşmə işlərində həmin xalqın dilindən istifadə edilməməsidir.

Xoşbəxtlikdən Azərbaycan dili nəinki adi məişət dili səviyyəsində qalmamış, həm şifahi, həm yazılı ədəbi dil kimi geniş əhatəyə malik olmuş, yüzlərlə, minlərlə söz sənətkarımız təbiətin özündən gələn, elə təbiətin saflığını özündə əks etdirən ana dilimizdə dünya ədəbiyyatı xəzinəsinə saysız-hesabsız incilər bəxş etmişdir. Bu da son deyil. Ulu yurdumuzda zaman-zaman yaranan müxtəlif dövlətlərə rəhbərlik edən, qanında, canında bu xalqın ruhunu daşıyan Şah İsmayıl Xətayi və başqaları kimi böyük dövlət xadimlərimiz ana dilimizi inkişaf etdirməklə bərabər, onun dövlət dili kimi də fəaliyyətinə şərait yaratmış, stimil vermişlər. Hətta şovinist, avtoritar sovet imperiyası vaxtı da bu prosesi davam və inkişaf etdirən vətənpərvər dövlət xadimlərimiz və ziyalılarımız olmuşlar. Onların təşəbbüs və fəaliyyətləri bəzən müəyyən nəticələr vermiş, adətən isə sərt metodlarla qarşısı alınmışdır.

Ötən əsrin altmışıncı illərinin sonunda SSRİ-nin qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda Azərbaycan xalqının taleyində doğan parlaq günəşə çevriləcək bir şəxs-Heydər Əliyev o zamankı Azərbaycan SSR-in rəhbərliyinə gətirildi. Bu o vaxtlar idi ki, imperiyanın hər yerində yarı zor, yarı xoş şəkildə ruslaşdırma siyasəti aparılırdı. Dövlət dili rus dili idi. Bütün idarələrdə yazılı və şifahi əməliyyatlar rus dilində aparılırdı. Bu dili bilməyənlərməsul vəzifələrə yaxın buraxılmırdı. Süni şəkildəvalideynlərdə övladlarını rusdilli məktəblərə qoymaq həvəsi yaradılırdı. Anadilli məktəblər azalırdı və yaxın gələcəkdə yox olmaq təhlükəsi yaranmışdı. Bu proses əhalinin sıx məskunlaşdığı şəhərlərdə xüsusilə sürətlə gedirdi. O dövrün bir çox vəzifəpərəstlərindən, öz karyerasını xalqın taleyindən üstün tutan rəhbər məmurlardan fərqli olaraq, Heydər Əliyev gələcəyimiz üçün törəyə biləcək böyük fəsadları hiss edir, onun qarşısını bəri başdan almaq üçün vasitələr, yollar axtarır, mümkün ola biləcək imkamlardan məharətlə yararlanırdı. Rəsmi dövlət tədbirləri rus dilində  aparılsa da, başqa rəhbərlərin tədbirdən kənarlarda da hakim dildə danışmasına rəğmən Heydər Əliyev ziyalılarla, tələbələrlə, zəhmət adamları ilə görüşlərdə, qeyri-rəsmi tədbirlərdə təmiz Azərbaycan dilində danışırdı. Əslində bu, gələcəkdə atılacaq daha ciddi, taleyüklü addımlar üçün tamplin rolunu oynayırdı. Həmin addım isə 1978-ci ilə SSRİ Konstitusiysı əsasında yaradılan Azərbaycan SSR-in Konstiusiyasına (Əsas qanununa) Azərbaycan dilinin dövlət dili olmasımaddəsinin (Maddə 73) əlavə edilməsi, bu yolla da sıxışdırılan və qadağan edilən doğma dilimizin hüquqlarının bərpası idi. Düzdür, mərkəzi hakimiyyət bu işə sərt təpki göstərdi, qadağa qoymağa çalışdı. Əvvəllər də belə cəhdlər olmuşdu. İmperiya rəhbərliyi bu cəhdlərin qarşısını qətiyyətlə almışdı. İndi də elə olacağını düşnürdü. Ancaq qarşılarındakı sıradan bir məmur, karyerist bir rəhbər deyildi. İmperiyanın cikini də, bikini də dərindən bilən, onunla necə davranmağı bacaran, özündən əvvəlki respublika rəhbərliyində bu işə cəhd edənlərin səhvlərini analiz edən, bunar əsasında ən optimal yolu tapan peşəkar bir dövlət xadimi, vətənpərvər bir lider idi.

İşin çətinliyi bir də onda idi ki, Heydər Əlyev konstitusiyaya bu maddəni saldıranda təkcə Moskvadan təpki görmürdü, həm də özünü ifrat beynəlmiləlçi, sovet vətənpərvəri və s. hesab edən “milli ziyalılar, müxtəlif rəhbər vəzifələrdə çalışanlar”ın da xəyanət dolu donoslarıilə üzləşirdi və onlara qarşı da mübarizə aparmalı olurdu. Dahi rəhər ustalıqa hərəkət edirdi: ana dilinin fəaliyyət dairəsinin daha da genişləndirilməsi ilə yanşı, rus dilinində dövlət dili kimi statusunu, o dövr üçün əhəmiyyətini nəzərə alıb, bu dili də öz ana dili kimi dərindən öyrənməyi tövsiyə edirdi. Necə deyərlər, bir güllə ilə iki dovşan vururdu. Doğrudan da, rus dilini bilmək daha geniş əhatə dairəsinə malik fəaliyyət sahəsində qabağa getmək imkanı yaradırdı. İkincisi isə Ulu öndər bu təbliğatın fonunda mərkəzdən gələn təzyiqləri neytrallaşdırırdı. Çünki  yaxşı bilrdi ki, M.İbrahimov da1956-cı ildə eyni məqsədə xidmət edən işlər görmüşdü. Lakin br qədər sərt addımlar atmışdı. Rus dilinin geniş tətbiqinə qarşı çıxmışdı.  Mərkəzin cavabı bundan da daha sərt və qəddar olmuşdu. Bunu nəzərə alan H.Əliyev işini ehtiyatla və peşəkarcasına görürdü.

Dahi rəhbər dil syasəti ilə bağlı öz vətənpərvərlik fəaliyyətini quru sənədlər qəbul etməklə,  kağız üzərinə yazdırmaqla bitmiş hesab eləmirdi. Özü əməli işlə nümunə göstərirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, hər yerdə öz doğma dilimizdə təmiz danışmaqla başqalarını da buna sövq edirdi. Bu ən böyük xidmət idi.Təsadüfi deyil ki, çıxışlarının birində qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam. Şəxsən mən öz anadilimi sevirəm və bu dildə danışmağımla fəxr edirəm”.

Uzaqgörən liderimizin nəzəri və əməli fəaliyyətinin nəticəsi daha da inkiaf edərək müxtəlif sahələrdə bəhrəsini verdi. Ana dilinin tədrisi gücləndirildi. Dilimizin keşiyində duran, onu yad təsirlərdən qoruyan, zənginləşdirən söz sənətkarları ilə şəxsən görüşür, əsərlərini oxuyur, tövsiyələrini verir, onlara qayğı göstərir, mükafatlandırırdı.

Heydər Əliyevin dil siyasəti onun bütün fəaliyyəti dövründə prioret məsələlərdən olmuşdur. Hətta müstəqillik dövründə, Azərbaycan dilinin maneəsiz şəkildə dövlət dili kimi rəsmiləşdiyi, fəaliyyət göstərdiyi vaxtlarda da diqqətini bu sahədən çəkməmiş, dövrün tələbi ilə ayaqlaşmasına, fəaliyyət dairəsinin daha da genşlənməsinə və mükəmməlləşməsinə çalışmışdır. Təsadüfi deyil ki, az müddət ərzində dilimzlə bağlı bir neçə sənəd imzalamışdır.Bunlardan biri 18 iyun 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmandır.Bu fərmana əsasən yaradılan Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası dil siyasəti sahəsinə uğurlu işlər gğrmüşdür və görməkdədir. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı başqa fərmanla avqustun 1-ni Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili günü elan etmişdir.

Müdrik rəhbər ana dilimizə bu qayğı ilə paralel Azərbaycanın dünya ilə sürətli inteqrasiyasını nəzərə alıb, əvvəllərdə olduğu kimi, indi də Azərbaycan gəncliynin, bütünlükdə xalqımızın həm də rus və ingilis, eləcə də bəzi başqa dillərin öyənilməsini dönə-dönə məsləhət bilirdi.

Bu gün ümummilli liderin dil siyasəti estafeti digər sahələrdə olduğu kimi etibarlı əllərdədir. Dahi öndərin Azərbaycanla bağlı bütün nəsihətlərini, məsləhətlərini, arzularını, vəsiyyətlərini əsas fəaliyyət prinsipi seçən, onun yolunu uğurla davam edirən möhtərəm prezidentimiz İlham Əlyev ulu öndərin dillə bağlı istəklərinin hamısını layiqincə yerinə yetirir. Ana dilində olduqca səlis, səhvsiz, məzmunlu nitqi, müsahibi ilə əsaslandırılmış məntiqi danışığı, heç bir kağıza baxmadan onlarla faktı dəqiq söyləməsi Heydər Əliyev məktəbinin davamçısınaxas ola bilər. Daha qürurverici bir məqam. Onsuz da bu bir fakt idi. 44 günlük vətən müharibəsində də təkrar sübut olunu ki, cənab Prezidentimiz ümummilli liderin təkcəana dili ilə yox, digər dillərlə bağlı tövsiyələrini əla mənimsəyib. Xarici dplomatik nümayəndələrlə, müxtəlif nüfuzlu mətbuat orqanlarının müxbirləri ilə müsahibələrində istər rus, istər inglis dilində onlardan da savadlı danşıgı xaqımız üçün fəxarətdir. Özü kimi varis yetişdirən ulu öndər əbəs yerə deməmişdi ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,  planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Fazil Ellazov, Əməkdar müəllim, Sumqayıt şəhər sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər