Heydər Əliyevin qurucusu olduğu milli birliyimiz tarixi qələbəmizin təməlidir – MƏQALƏ

859

Torpaqlarımızın şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, eləcə də bütün iyirminci əsr boyu Azərbaycan xalqı böyük sınaqlardan keçdi. XX əsrin əvvəllərində, xalqımızın günahsız qurbanlar verdiyi ilk erməni-azərbaycanlı qarşıdurması yaradıldı. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında qondarma erməni dövləti yaradıldı və bu torpaqların sahibi olan azərbaycanlıları soyqırımı və etnik təmizləməyə məruz qoydular.Buna istər keçən əsrin əvvəli olsun, istərsə də axırı Qərbi Azərbaycanda dünyaya göz açan hər bir azərbaycanlı ağrısıyla, acısıyla şahid oldu. Mən də öz növbəmdə bunu doğma əmisigildə yatıb qaldığı üçün gecə Qazaxıstan torpaqlarına sürgünə göndərilən ata-anasından illərlə ayrı yaşayan bir körpənin, sonradan, ömrünün sonuna yaxın isə doğma vətənindən azərbaycanlı olduğu üçün qovularaq qaçqın həyatı yaşamağa məcbur olan bir ananın – mənim anamın ağrılı-acılı ağılarında az eşitməmişəm.Bu hələ son deyildi və ermənilərin himayədarları sonrakı illərdə də azərbaycanlılara qarşı milli diskriminasiya siyasəti apararaq 1923-cü ildə yerli əhalimizin iradəsinin ziddinə olaraq Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdılar. İyirminci əsrdə etnik təmizləmə siyasəti aparan ermənilər yenə də öz havadarlarının köməyi ilə xaricdə yaşayan ermənilərin Ermənistan respublikasında yaşamasını təmin etmək üçün SSRİ hökümətinin rəhbərliyi səviyyəsində 1948-ci ildən başlayaraq 5 il müddətində azərbaycanlıları öz dədə-baba torpaqlarından məcburi surətdə Azərbaycanın aran rayonlarına köçürdülər. Təbii ki, bu, dağlıq ərazidə yaşayıb, soyuq iqlimə uyğunlaşmış əhalimizin qızdırma, yatalaq kimi xəstəliklərin əli ilə ölüm fərmanı demək idi.1988-ci ildə özünün böyük hərbi gücəmalik himayədarlarına arxalanan Ermənistan monoetnik dövlət yaratmaq və yenidən Azərbaycandan torpaq qoparmaq iddiasına düşdü.Əvvəlcə Dağlıq Qarabağda separatçı hərəkat başladan ermənilər münaqişəni genişləndirərək müharibəyə çevirdilər. Azərbaycanın hələ yenicə müstəqillik qazandığı, özünün silahlı qüvvələrinin olmadığı bir dövrdə yaranmış vəziyyətdən istifadə edən kəmfürsət düşmənlər himayədarlarının da açıq və gizli köməyi sayəsində Azərbaycan ərazilərinin 20 faizini işğal etdilər.Əsrin sonunda ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizi xarici qüvvələrin qızışdırdığı daxili çəkişmələrin nəticəsində əsrin əvvəlində olduğu kimi itirmək təhlükəsi yaranmışdı. Amma xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtması yenicə müstəqilliyinə nail olmuş dövlətimizi böyük bir fəlakətdən xilas etdi. Azərbaycan hələ çox kövrək olan müstəqilliyini qoruyub saxlaya bildi. Bu, şübhəsiz ki, Heydər Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın milli maraqlarının konturlarını dəqiq cızması, cəsarəti və müdrikliyi sayəsindəmümkün oldu.Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin mayında erməni təcavüzkarları ilə atəşkəs haqqında müqavilənin imzalanmasına nail olaraq Azərbaycanın müstəqilliyini təhdid edən erməni təcavüzünü dayandırması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi. Məhz bundan sonra ümummilli lider Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunaraqmöhkəmləndirilməsinə, iqtisadi tərəqqiyə nail olunmasına və sosial-mədəni problemlərin həllinə başladı.Uzaqgörən siyasətçi hələ respublikamıza birinci rəhbərliyi dövründə xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması, gənclərimizin sovetlər birliyinin müxtəlif aparıcı universitetlərində təhsil almalarını təmin edərək yüksək ixtisaslı milli kadrların idarəçiliyə gətirilməsi, respublikada azərbaycançılıq ideologiyasının fəlsəfi dünyagörüş, fəlsəfi sistem halına salınması istiqamətindəmühüm işlər həyata keçirmişdir.Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin başlıca istiqamətlərindən biri hesab edirdi. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev yüzlərlə yeni tədris ocağı, gənclik mərkəzi, hərbi məktəb açdırmış, minlərlə azərbaycanlı gənci Sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərmiş, müasir ixtisaslara yiyələndirmişdir.Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər birliyinin 50-dən artıq iri şəhərinin nüfuzlu ali məktəbində 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin I forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.Bu Heydər Əliyevin sayəsində qazanılan ən böyük nailiyyətlərdən biri idi. Azərbaycana rəhbərlik etdiyi ilk illərdən Dövlət gənclər siyasəti Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biri olmuşdur. Savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacaran ulu öndər bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra ali təhsil almağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışına ən çox sevinənlər elə gənclər idi. Ulu Öndər Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.1988-ci ildən 1993-cü ilə qədər müxtəlif qrupların hakimiyyət uğrunda mübarizəsində yeniyetmələrin və gənclərin potensialından sui-istifadə hallarına baxmayaraq, ölkə gəncliyinin böyük əksəriyyətirespublikada gedən ictimai-siyasi proseslərdən kənarda qalmış, ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış, gəncliyin başlı-başına buraxılması onlarda gələcəyə inam hissinin itirilməsinə səbəb olmuşdu. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi.Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” – sözləri hər kəsin həyat devizinə çevrildi. Ulu Öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Əlbəttə, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışarkən bilməliyik ki, bu, Ulu Öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi, milli şüurun oyanışı istiqamətində gördüyü işlər nəticəsində əldə olunub.XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev əsrin əvvəllərindən Azərbaycan xalqının genlərində, duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini əsrin sonlarına doğru ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra alovlanan reallığa çevirmişdir. Uzaqgörən siyasətçi bu illərdə Azərbaycanın taleyüklü problemi olan Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolun milli birliyimiz və həmrəyliyimizdən keçdiyini bildiyindən dünyanın müxtəlif ölkələrində yaşayan, lakin bir-biri ilə əlaqələri lazımi səviyyədə olmayan soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında birləşdirməyi vacib hesab etdi. Ulu Öndər bunu bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdıraraq dövlətimizin əleyhinə qarayaxma aparan erməni diasporuna qarşı dayanmaq, onlara lazımi cavab vermək üçün vacib hesab edirdi.Məhz Avropa ölkələrində və ABŞ-da erməni diasporunun qarayaxmalarının nəticəsi idi ki, 1992-ci ildə Ermənistanın təcavüzünəməruz qalmış dövlətimiz ABŞ Konqresinin embarqosuna məruz qaldı – ABŞ Konqresinin qəbul etdiyi “Azadlığa dəstək aktı”na “907-ci düzəliş”ləAzərbaycan ABŞ-ın maddi və mənəvi dəstəyindən məhrum edildi.Milli birliyin yaradılması məsələsi Ulu Öndər Heydər Əliyevi daim düşündürürdü. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik günü elan etmək üçün fərman imzalamışdı. Ulu Öndər erməni diasporunun qarayaxmalarına layiqincə cavab vermək üçün səfər etdiyi xarici ölkələrdə mütləq azərbaycanlılarla görüşür, Azərbaycan diasporunun yaradılması ideyasını irəli sürür, milli həmrəyliyin, milli birliyin naminə birləşmənin vacibliyini təbliğ edirdi. Dünya azərbaycanlılarının azərbaycançılıq ideyası, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün imkanlarını əsirgəməyən Heydər Əliyev bu yolda hər şeyi etmişdir. Ona görə də bu gün – dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində birləşməsi və milli diaspora çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır desək yanılmarıq.Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirmək, real müstəqilliyə nail olmaq, Azərbaycanın vahidliyini, bölünməzliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.Ulu Öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, millimənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə sintezinə, inteqrasiyasına nail olmaq deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan insanların həmrəyliyi üçün ideoloji bünövrədir. Azərbaycançılıq ideologiyası həm də xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri müəyyənləşdirən, onların Azərbaycanı təmsil etdiklərinə görə üzərlərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu ifadə edən konsepsiyadır.Milli ənənələr kimi mühüm amilin daşıyıcısı olan Azərbaycançılıq ideologiyası həm də xalqın əsrlərdir daşıdığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılıq ideologiyası millətə, xalqa, dövlətə qəlbən sevgini, onların naminə yorulmadan çalışmağı təşviq edir. Təsadüfi deyil ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxış edərkən bu ideologiyanın əsas prinsiplərini belə müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olan milli birlik Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra əldə edilmişdir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Xaricdə yaşayan soydaşlarımızla hər bir görüşündə, diasporumuz qarşısında hər bir çıxışında dünya azərbaycanlılarının vəzifələrini dəqiq və aydın müəyyənləşdirən Heydər Əliyev onları ilk növbədə öz milli kimliklərini dərk və hifz etməyə, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmağa, inkişaf etdirməyə, ana Vətənlə əlaqələrini möhkəmləndirməyə, Azərbaycan dövlətinin, cəmiyyətinin problemlərinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməyə çağırırdı. Bu vəzifələrin icrasını uğurla təmin etmək, soydaşlarımızın milli və vətəndaş hüquqlarını qorumaq, onların Azərbaycan hökumətinin get-gedə artan maddi vəmənəvi potensialından, siyasi nüfuzundan bəhrələnməsinə şərait yaratmaq üçün Ulu Öndər Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında fərman verdi.
2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayını keçirən Heydər Əliyev bu tədbiri xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə hesab edirdi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.Ümummilli Liderin Azərbaycan diasporu ilə bağlı həyata keçirdiyi siyasət Prezident İlham Əliyevin də apardığı dövlət siyasətində aparıcı xətlərdən birinə çevrildi. Prezident Ulu Öndərin işini uğurla davam etdirərək ardıcıl və qətiyyətli addımlar atdı. 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Bu tədbirdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının deyil, Azərbaycan vəTürk diasporlarının birləşərək amansız vəməkrli düşmənə qarşı vahid cəbhədəmübarizə aparmasını tövsiyə etdi. Bu diaspor siyasətinin nəticəsi idi ki, ikinci qurultayın dünya ictimaiyyətinə və dövlətlərinəmüraciətində erməni təcavüzü və vəhşiliyinə layiqli qiymət verildi. Sənəddə deyilirdi: “1992-ci ilin fevralında azərbaycanlıların qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın insan xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özünü dünya xalqlarına məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş mahiyyətini bir daha açıb göstərmişdir”.Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi, qələbəmizə layiqlitöhfəsini verdi.Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Dövlətimizin iqtisadi-siyasi potensialı, ümumi inkişaf səviyyəsi, bütün sahələr üzrə qazanılan nailiyyətləri bunəhəng gücü əks etdirən əsas göstəricilərdir. Ötən illərdə dövlət gənclər siyasəti də bu istiqamətdə qəbul olunmuş dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Hələ 2005-2009-cu illərdə həyata keçirilən gənclər proqramı, neft gəlirlərini “insan kapitalı”na çevirmək üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu, 2007-ci ili ölkədə “Gənclər ili” elan etməklə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətisahəsində müəyyən etdiyi xətti davam etdirdiyini təsdiq etdi, gənclərə geniş özünütəsdiq imkanları yaratdı və gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli Sərəncam ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosialiqtisadi, ictimai-siyasi vəmədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etdi.Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafını, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları həm də milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər ruhda formalaşdırmışdır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.Xalqımızın Ulu Öndəri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il tarixindəErmənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatı 30 il davam edən erməni işğalına son qoydu. 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkəmizdə və onun hüdudlarından kənarda sarsılmaz gücümüzü real təcrübədə gördük.Əlbəttə, güclü Azərbaycan dövlətinin yaradılması ulu öndər Heydər Əliyevin dəst-xəttidir. Bu gün dövlətimizin dünyada söz sahibi olması, regionda sülhün, əminamanlığın təmin olunması, koronavirus pandemiyası şəraitində insanlarımızın sağlamlığının qorunması üçün respublikaya lazımi qədər vaksinlərin gətirilməsi, vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində iri miqyaslı layihələrin gerçəkləşdirilməsi və s. ulu öndər Heydər Əliyevin dəsti xəttinin uğurla davam etdirilməsi sayəsindədir.Məlum olduğu kimi, Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda minlərlə Azərbaycan gəncinin Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevə olan güvəni sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçərək, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanması Azərbaycan xalqının öz prezidentinə, öz liderinə olan inamını, xalq-dövlət birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətlə xalqın bu sarsılmaz birliyi yeni dövrdə Azərbaycanın firavan gələcəyinin qarantıdır.

Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər