Hicran Hüseynova ilə görüşmək istəyən Sumqayıt sakinlərinin nəzərinə: qəbul var…

2347
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sumqayitxeber.com-a bildiriblər ki, Komitənin sədri Hicran Hüseynova oktyabrın 15-də saat 10:00-da Abşeron rayonu Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Sumqayıt, Qubadlı, Zəngilan, Şuşa, Abşeron rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Abşeron rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər