Hicran Hüseynova seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

1043

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 12 və 17-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşdə Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Sumqayıt şəhər “Çörək” ATSC İdarə Heyətinin sədri Tofiq Hüseynli, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt Bələdiyyəsinin sədri Soltan Əsədov, Dünya TV-nin proqram rəhbəri Aygün Zülfüqarlı, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsiva, əməkdar inşaatçı Maqsud Maqsudov iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Əvəz Mahmudov qeyd etdi ki, bugün ölkədə cənab Prezident İlham Əliyev tərəfindən güclü siyasət aparılır və ölkədə gedən quruculuq, abadlıq işləri bunların bir nümunəsidir.

O, bildirib ki, mövcud olan problemlərin həlli istiqamətində də işlər aparılır və həmin problemlər müəyyən müddət sonra aradan qaldırılacaqdır.

Daha sonra çıxış edən vəkillər bildiriblər ki, Hicran Hüseynova 41 saylı  Sumqayıt birinci seçki dairəsindən ən layiqli namizəddir. Çıxışçılar vurğuladılar ki, Hicran Hüseynova öz fəaliyyəti dövründə ölkədə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ardıcıl işlər aparıb, qanunvericiliyə dəyişikliklərə dair rəy və təkliflər verib, bir sıra qanunların qəbul edilməsinə nail olub.

Onlar əminliklər bildiriblər ki, Hicran Hüseynova seçicilərin etmadını tamamilə doğruldacaq.

Görüş zamanı sakinlər də çıxış edərək Hicran Hüseynovanın namizədliyinə öz münasibətlərini bildiriblər və qeyd ediblər ki, həmin dairə üzrə onlar yekdilliklə Hicran Hüseynovaya səs verəcəklər.

Sonda çıxış edən Hicran Hüseynova ilk öncə sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib.

O, sumqayıtlıların  zəhmətkeş, fədakar, yeniliyə meyilli insanlar olduğunu, hər zaman ictimai proseslərdə aktivlik göstərdiklərini vurğulayıb.

Yeni Azərbaycan Partiyası tərəfindən  Milli Məclisə seçkilərdə iştirak etmək üçün  namizədliyimin  məhz bu dairədən irəli sürülməsinə  münasibət bildirən H.Hüseynova qeyd edib ki, “millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini Milli Məclisin tribunasından səsləndirməkdir”.

O, sakinləri əmin edib ki, millək vəkili seçiləcəyi tədirdə seçicilərin etimadını doğruldacaq.  Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən ölkədir.

Cənab Prezidentimiz güclü siyasi  iradə nümayiş etdirir. Çünki  hamı yaxşı bilir ki, bu siyasətin mərkəzində xalq- dövlət birliyi və vətəndaş rifahı dayanır. Bunun üçün ölkə başçısı tərəfindən bütün imkanlar yaradılır. Buna mane olan  hər hansı boşluqlar varsa, onu müəyyən edib, hüquqi müstəvidə həll edilməsinə çalışacağını bildirib.

O qeyd edib ki, “Mən Sumqayıtın hər bir vətəndaşının, bu ərazidə yaşayan hər kəsin, uşağın, gəncin, qadının, sahibkarın, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərini və qayğılarını həllinə cəhd edəcəm. Hər birinizin  yanında olmağa çalışacam və sizə dəstək göstərəcəm. Dəyərli seçicilər, gəlin birlikdə yeniləşən Azərbaycanımızın inkişafına dəstək olaq!”.

Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, YAP namizədlərinə səs verməyə çağırıb.

Qeyd edək ki, bugünkü görüşdə ATƏT-in müşahidəçiləri də iştirak edib və görüşü izləyiblər.

Görüş zamanı həmçinin vətəndaşların müraciətləri dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər