Hicran Hüseynova şəhid və qazi ailələrini ziyarət etdi

699

Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran Hüseynova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyası”-nın idarə heyyətinin üzvi Cəmilə Abdullayeva, AQSİA üzvləri Aynur Musayeva ,Rübabə Mürşüdova və Sumqayıt Şəhər İcra hakimiyyəti nümayəndəsi Samir Bədəlov bu gün Sumqayıt şəhərində şəhid ailələrini və qazilərə baş çəkiblər. Onları bayram münasibəti ilə təbrik edərək hər zaman yanlarında olacaqlarını bildiriblər.
Şəhid ailələrində olarkən dərin hüzünlə şəhidlərimizi yad etdiklərini və qürur hissi duyduqlarını bildiriblər.
Şəhidlərimizin ailələri işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbədən, bu qələbədə şəhidlik zirvəsinə ucalan vətən oğullarının gösdərdikləri şücaətdən, oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar.
Qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanılıb.
Qazilərimiz Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər.
Şəhid ailələri və qazilər dövlət başçısına və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər