Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var.
Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində belə yazıb.
H.Hacıyev bildirib: “Biz 1988-ci il Sumqayıt hadisələrinin yalançı təbliğatının şahidi olmuşuq. Sumqayıtda cinayət törədilib, lakin onu törədənlər cəzadan yayınıblar. Qəribədir ki, Ermənistanda heç kim, hətta diaspora Eduard Qriqoryanın yerini bilə-bilə ona suallar verməyib. Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var”.
Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi.
Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə “Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Öldürülən 26 ermənidən 6 nəfərini məhz Qriqoryanın öldürməsi barədə faktlar var.