“Hilton” oteldə yanğın olub.
Primetime.az xəbər verir ki, yanğın otelin birinci mərtəbəsindəki mətbəxdə baş verib.
Mətbəxin işçiləri dərhal oradan evakuasiya olunub.
Hadisə yerinə FHN-nin briqadaları cəlb olunub.
Yanğının səbəbi, ölən və yaralılar barədə məlumat verilməyib.
Qısa müddətdə yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.