Reklam

Reklam

Reklam

Hökumət lazımi ərzaq ehtiyatlarının yaradılması üçün təxirəsalınmaz tədbirlər görür

506

Azərbaycan hökuməti lazımi ərzaq ehtiyatlarının yaradılması üçün təxirəsalınmaz tədbirlər görür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib ki, ərzaq idxal etdiyimiz ölkələrdə, xüsusilə Rusiya və Ukraynada baş verən hadisələr bütün dünyada ərzaq qıtlığı üçün müəyyən çağırışlar yaratmaqdadır: “Azərbaycan hökuməti bu çağırışları nəzərə alaraq, bir tərəfdən lazımi ərzaq ehtiyatlarının yaradılması üçün təxirəsalınmaz tədbirlər görür, digər tərəfdən isə ölkədəki ərzaq məhsullarının digər ölkələrə ola biləcək axınına nəzarət etmək üçün tənzimləyici sistem yaratmaqdadır. Bu tədbirlər nəticəsində ərzaq qıtlığı ilə bağlı yarana biləcək problemlərin qarşısı alınır”.

T.Mirkişili əlavə edib ki, ərzaq istehsalında yerli istehsalçıları stimullaşdırmaq üçün müxtəlif üsullar tətbiq edilir. Subsidiyalar, aqrar sığorta, güzəştli kreditlər, sənaye parklarının fəaliyyəti, investisiya təşviqi sistemi bu üsullardandır. Bunların nəticəsində ölkəmiz özünü əsas ərzaq məhsulları ilə təmin etmək sahəsində xeyli uğurlar əldə edib: “Bununla yanaşı, düşünürəm ki, ərzaq sahəsində emal sənayesinin sürətli inkişafına xüsusi diqqət yetirməyin zamanıdır. Bu sahədə bir çox işlər görülsə də, emal sənayesinin daha da inkişaf etdirilməsi, bu sahədə tam istehsal həlqələrinin qurulması, innovasiyaların tətbiq edilməsi ərzaq qıtlığı ilə bağlı yarana biləcək problemlərin də qarşısının alınmasına xidmət edəcək. Hesab edirəm ki, bunun üçün yerli istehsalçılara fiskal güzəştlərlə yanaşı, xammal ilə dayanıqlı təchizat, satış bazarlarının inkişaf etdirilməsi, daxili bazarın qorunması və keyfiyyət standartlarının hazırlanması işlərində də dəstəyin artırılmasına və yeni yanaşmalara ehtiyac var”.

Bir tərəfdən, inzibati yollarla qiymətlərin şişirdilməsinin qarşısının alınması üçün
monitorinqlər aparılır. Digər tərəfdən, bazarda bolluq yaradılması üçün
istehsalçıların stimullaşdırılması gücləndirilir. Düşünürəm ki, biz bu tədbirləri uğurlu
kombinasiya edə bilsək, süni əngəlləri tam aradan qaldıra bilsək,
gələcəkdə həddindən artıq qiymət artımlarının qarşısını ala biləcəyik.

Hazırkı şəraitdə daxili bazarda qiymət manipulyasiyalarının olub-olmaması məsələsinə də toxunan komitə sədri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində yaşadığımız üçün bazarda qiymətlər sərbəstdir, onların səviyyəsini tələb və təklif müəyyən edir. Amma son zamanlar baş verən hadisələr – pandemiya nəticəsində təchizat zəncirinin qırılması, münaqişələr və s. səbəbindən bazar mexanizmlərinin bəzi tənzimləyici funksiyaları lazımi effekti verə bilmir. Nəticədə süni qiymət artımları və qiymət manipulyasiyaları baş verir: “Azərbaycanda bu hallarla bir neçə istiqamətdə mübarizə aparılır. Bir tərəfdən, inzibati yollarla qiymətlərin şişirdilməsinin qarşısının alınması üçün monitorinqlər aparılır. Digər tərəfdən, bazarda bolluq yaradılması üçün istehsalçıların stimullaşdırılması gücləndirilir. Düşünürəm ki, biz bu tədbirləri uğurlu kombinasiya edə bilsək, süni əngəlləri tam aradan qaldıra bilsək, gələcəkdə həddindən artıq qiymət artımlarının qarşısını ala biləcəyik. Eyni zamanda, qeyd etmək lazımdır ki, ərzaq qiymətlərinin artımı qlobal xarakter daşıyır. Bu sahədə bizdən asılı olmayan səbəblər də mövcuddur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər