Hökumətdəki bu postlara təyinat olmayıb – SİYAHI

1532

zərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb.

APA-nın məlumatına görə, aşağıda siyahısı verilən dövlət qurumlarına hələlik rəhbər təyin olunmayıb:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nazir vəzifəsini Hüseyn Bağırov tutub)

Gənclər və idman Nazirliyi (nazir vəzifəsini Azad Rəhimov tutub)

Mədəniyyət Nazirliyi (nazir vəzifəsini Əbülfəs Qarayev tutub)

Dövlət Turizm Agentliyi

Müdafiə Sənayesi Nazirliyi (nazir vəzifəsini Yavər Camalov tutub)

Səhiyyə Nazirliyi (nazir vəzifəsini Oqtay Şirəliyev tutub)

Təhsil Nazirliyi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Hicran Hüseynova tutub)

Diasporla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Nazim İbrahimovtutub)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Mübariz Qurbanlı tutub)

Dövlət Gömrük Komitəsi (sədr vəzifəsini Aydın Əliyev tutub)

Dövlət Statistika Komitəsi (sədr vəzifəsini Tahir Budaqov tutub)

Əmlak Məsələləri Dövlət Komitəsi (sədr vəzifəsini Kərəm Həsənovtutub)

Dövlət Miqrasiya Xidməti (rəis vəzifəsini Firudin Nəbiyev tutub)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rəis vəzifəsini Arzu Rəhimov tutub)

Qida Təhlükəsizliyi Agentliyi (sədr vəzifəsini Qoşqar Təhməzli tutub)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Əqli Mülkiyyət Agentliyi

Milli Arxiv İdarəsi (rəis vəzifəsini Ataxan Paşayev tutub).

Əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl CabbarovDövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov isə yeni tərkibdə də eyni vəzifəyə təyin ediliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər