Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi ilə görüşüb.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, V.Məmiyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə bu gün Ankaraya səfər edib.