Hüsnan Bəy Fanani: “Sumqayıt çox xoşuma gəldi”

1558

Bu mənim Sumqayıta ilk səfərimdir. Sumqayıt Azərbaycanın böyük sənaye şəhəridir. Burada sənaye kompleksləri, böyük şirkətlər var. Sumqayıt Kimya Sənaye Parkı çox müasirdir.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani AZƏRTAC-a açıqlamasında deyib.

“Sumqayıt çox xoşuma gəldi. Burada gənclər çoxdur. Bu da Azərbaycanın gələcəyinə böyük imkanlar açır. Azərbaycan daha da inkişaf edəcək. Ölkə iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə inkişaf edir. Azərbaycan Mərkəzi Asiyada və Qafqazda ən inkişaf etmiş ölkədir”, – deyə səfir əlavə edib.

Diplomat, həmçinin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasına da toxunaraq deyib: “Azərbaycan xoşbəxt ölkədir ki, onun Nəsimi kimi mütəfəkkiri olub. Nəsimi biliyin, fəlsəfənin atasıdır. Mən Prezident İlham Əliyevə 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etdiyinə görə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, yanvarın 30-da Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib. Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib. Səfər çərçivəsində diplomatlar Sumqayıt Kimya Sənaye Parkında, Sumqayıt Texnologiyalar Parkında, Sumqayıt Dövlət Dram Teatrında, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər