İcra başçısı qadın əməkdaşları təbrik etdi – FOTOLAR

2620

Sumqayıt Şəhər icra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.
Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər. Müasir dövrümüzdə də Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar şəhərin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

Sonda tədbirin iştirakçılarına hədiyyələr təqdim olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər