Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib.
Nəriman Nərimanov adına Mədəniyyət Evində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin müraciətlərini fərdi şəkildə dinləyərək, qaldırılan problemlərin bir hissəsini dərhal yerində həll edib. Araşdırılmağa ehtiyac olan məsələlərin operativ həlli üçün isə qanunvericiliyə uyğun şəkildə müvafiq qurumların rəhbərlərinə göstərişlər verib.
Görüşə qatılan şəhər sakinləri Sumqayıtda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən məmnunluqlarını bildirərək, müraciətlərinə göstərilən xüsusi diqqətə görə şəhər rəhbərliyinə təşəkkür ediblər.
Müzakirə qapadılmışdır.