Baku TV tərəfindən Sumqayıt şəhərinin lift təsərrüfatı barədə hazırlanmış reportajda həyata keçirilən modern idarəetmə sistemi və yeniliklər geniş şəkildə təqdim olunub.
Süjetdə qeyd olunur ki, şəhərdə lift təsərrüfatının idarə olunmasında mərkəzləşmiş dispetçer xidməti və elektron idarəetmə sistemi tətbiq edilir. Bu yanaşma nasazlıqların daha operativ aşkarlanmasına və texniki xidmətin çevik şəkildə təşkil olunmasına imkan yaradır.
Eyni zamanda reportajda smart həllərin tətbiqi, rəqəmsal monitorinq və idarəetmə mexanizmləri xüsusi nümunə kimi göstərilir. Bu sistemlər sakinlərin təhlükəsizliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Baku TV-nin materialında Sumqayıtın lift təsərrüfatında tətbiq olunan bu təcrübə ölkə üzrə şəhər xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində uğurlu model kimi təqdim edilir.
sumqayitxeber.com reportajı təqdim edir:


Müzakirə qapadılmışdır.