Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində “HOVO” markalı yük maşının “VAZ 2115” markalı minik maşını ilə toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.
Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.