Ötən gün Yutub kanallarının birində Sumqayıt şəhər sakini Göyərçin Məmmədovanın videosu yayılıb. Sumqayıt şəhər sakini Göyərçin Məmmədova İcra Hakimiyyətinə müraciət etmədən öncə, yolda video görüntüləri çəkilərək youtub kanalında yayımlanıb.
Hansı ki, şəhər sakininin müraciəti dərhal növbətçi otağında qeyd olunub və Göyərçin Məmmədova bilavasitə şəhər rəhbərliyi tərəfindən qəbul olunaraq köməklik göstərilib.
Bununla bağlı Yenilik.az redaksiyasına müraciət edən Göyərçin xanım bildirib ki, ailə vəziyyətilə bağlı bir az əsəbi olub və buna görə də fikirlərində anlaşılmazlıq yaranıb, Yutub kanalının istifadəçiləri də bundan istifadə edərək onun fikirlərini təhrif edərək yayımlayıblar. Ona görə də fikirlərinə aydınlıq gətirməyi vacib hesab edir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətində əvvəl heç bir vaxt olmayıb və yalnız bir dəfə müraciət edib, müraciətinə dərhal baxılıb, bütün sosial problemləri həll eidlib.