İctimai Birlik Sumqayıtda yeni lahiyənin icrasına başlayıb

773

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyitərəfindən “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsinin icrasına başlanmışdır.

Məlumat üçün bildiririk ki, icraçı İçtimai Birlik 2003-cü ildə yaradılmış və 2005-ci ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailə üzvlərinə pulsuz sosial, psixoloji, hüquqi və digər zəruri  xidmətlərin təşkilindən ibarətdir.

Təşkilat tərəfindən icra olunanlayihənin əsas məqsədi Sumqayıt şəhəri və digər regionlarda insan alveri, ondan qorunma mexanizmləri barədə əhalini məlumatlandırmaqla risk qrupuna daxil olan şəxsləri insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.

Layihə çərçivəsindəinsan alveri mövzusunda təlimlər, ictimai müzakirələr, TV verlişlərin hazırlanması və nümayişi  nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində hüquqları pozulmuş, həssas qrupa daxil olan şəxslər üçün fərdi psixoloji, hüquqi, sosial xidmətlər də təşkil olunacaq.Eyni zamanda qadınlara müəyyən ixtisasa yiyələnməkdə və sonradan işlə təmin olunmağda informasiya yardımı göstəriləcəkdir.

Layihə çərçivəsində həyata keçirdiləcək bütün fəaliyyətlərə könüllülər cəlb ediləcəkdir.

Layihənin imkanlarından yararlanmaq istəyən şəxslər, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olan şəxslər bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər:

(50) 680 22 22,  (50) 300 87 88, (01864) 64 24827

Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər