İğdır Universitetinin rəhbərliyi Sumqayıta niyə gəlib?

770

Bu həftə İğdır Universitetinin rəhbərliyi şəhərimizdə olub.  Qonaqlar Sumqayıt Dövlət Universitetində görüş keçiriblər. Universitetin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədovun “sumqayitxeber.com”a verdiyi məlumata görə, Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının rəhbərliyi ilə Türkiyənin İğdır Universitetinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasındakı isti münasibətlərin təhsil sektorunda da davam etdirildiyi diqqətə çatdırılıb.

Sumqayıt Dövlət Universiteti ilə İğdır Universiteti arasında mümkün əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyi görüşdə tərəflər arsında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov və İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz tərəfindən imzalanan Müqavilə iki təhsil ocağı arasında tələbə mübadiləsini, eləcə də elmi araşdırmalar yönündə əməkdaşlığı nəzərdə tutur.

İğdır Universitetinin rektoru Sumqayıt Dövlət Universitetinin rəhbərliyini İğdır şəhərinə və İğdır universitetinə səfərə dəvət edib.

Qeyd edək ki, sentyabr ayında Sumqayıt Dövlət Universiteti Türkiyənin daha bir ali təhsil ocağı ilə – Ağrı İbrahim Çeçen Universiteti ilə Əməkdaşlıq Protokolu imzalamışdı.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər