III Dünya müharibəsində Türkiyənin ROLU – Putinin adamı DƏHŞƏTLİ SSENARİNİ AÇIQLADI

1385

“Üçüncü dünya müharibəsi başlanarsa, ilk növbədə Suriya zərbə altında qalacaq”.

Publika.az xəbər vevrir ki, bu haqda “Oboz TV”-nin efirində Ukraynanın Ekstremizm Tədqiqatları İnstitutunun direktor müavini Boqdan Petrenko bildirib.

Onun sözlərinə görə, III Dünya müharibəsinin başlanması halında, Ukraynanın episentr olması təhlükəsi kifayət qədər aşağıdır.

Ekspert həmçinin qeyd edib ki, Türkiyə Suriyada Rusiya və ABŞ arasında ehtimal olunan qarşıdurmaya qarışmayacaq.

“Türkiyə hərbi güc üzrə NATO-nun ikinci ölkəsidir, ona toxunmayacaqlar. Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan ölkənin mühafizəsi üçün bufer zonasında qoşunların tətbiqi məqsədilə mövcud bufer zonasının Suriya ilə bütün sərhəd boyu genişlənməsində maraqlı olacaq”, – o əlavə edib.

Daha əvvəl Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov III Dünya müharibəsi haqqında ssenarini verib. Markovun fikrincə, ABŞ raketlərlə Sevastopola hücüm edə bilər.

Beləliklə, onun sözlərinə görə, ABŞ, Britaniya və Fransa Suriya ordusuna raket zərbələri vuracaq. Zərbələrə Rusiyanın hərbi məsləhətçiləri və bölmələri düşəcək. Sonra Rusiya hava hücumundan müdafiə gücləri ABŞ-ın iki təyyarəsini vuracaq.

“Amerika ictimai rəyinin təzyiqi altında olan və Rusiya agenti olmaqda ittiham olunan Donald Tramp Rusiyanın Hava Hücumundan Müdafiəsi qüvvələri və hərbi bazasına zərbə haqqında əmr verəcək və onları məhv edəcək. Cavabında Rusiya Amerika təyyarədaşıyanını vuracaq və onu məhv edəcək. Tramp isə yenə də KİV-in və öz eqosunun təzyiqi altında Rusiyanın Sevastopol limanındakı böyük gəmisini batırmaq barədə əmr verəcək. Və Rusiya gəmiləri ilə hərbi bazaları məhv ediləcək. Rusiya isə Amerika eskadrasına zərbə ilə cavab verir”, – Markov bildirib.

Onun fikrincə, daha sonra qeyri-nüvə raket zərbələrinin nizamsız mübadiləsi başlanacaq.

“Qeyri-nüvə III Dünya müharibəsi başlanır. O, hərbi məntiqin siyasi məntiqi tamamilə özünə tabe edəcəyi halda nüvə mərhələsinə keçə bilər”, – Markov proqnozlaşdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər