Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşmüşlər, nəticədə Yasin Əhmədov həlak olmuş, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.