Füzuli Ələkbərovun oğlu isə ölkəni tərk edib Bir neçə gün əvvəl, İsmayıllıda və Neftçalada baş verən hadislər sözügedən rayonların icra başçılarını çətin vəziyyətə salıb. Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə…
Füzuli Ələkbərovun oğlu isə ölkəni tərk edib
Bir neçə gün əvvəl, İsmayıllıda və Neftçalada baş verən hadislər sözügedən rayonların icra başçılarını çətin vəziyyətə salıb.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, İsmayıllı olayı zamanı Prezident Administrasiyasına çağırılan nazir Füzuli Ələkbərovun qardaşı, villası və nəzarətində olan hoteli yandırılan Nizami Ələkbərova yaranmış vəziyyəti yoluna qoymaq barədə ciddi tapşırıq verilib.
Bundan sonra rayon ağsaqqalları ilə görüşlərə başlayan N.Ələkbərov bu tapşırığın öhdəsindən gələ bilməyib. Rayon sakinləri hələ də onun istefaya getməsini tələb edirlər. Əks təqdirdə yenidən aksiyaylara başlayacaqları ilə bağlı icra başçısını xəbərdar da ediblər. Bu səbəbdən də çıxılmaz vəziyyətdə qalan N.Ələkbərov istefa ərizəsi yazmaq qərarı verib.
Məlumatda qeyd olunur ki, N.Ələkbərov başqa bir rayona icra başçısı təyin oluna bilər.
Analoji vəziyyətlə Neftcala rayon icra başçısı, nazir Kəmaləddin Heydərovun adamı kimi tanınan İsmayıl Vəliyev də üzləşib. Maşını yandırılan rayonun baş memarı, İsmayıl Vəliyevin sağ əli olan Rüstəm Tahirov bir neçə gün əvvəl vəzifədən uzaqlaşdırıldı. Amma bu qərar rayon sakinlərini hələ də sakitləşməyib və neftçalalılar da, İ. Vəliyevin rayondan getməsini dolayısı ilə ona çatdırıblar. Əks təqdirdə başqa addımların atılacağını deyiblər.
Bu xəbərlərdən təşvişə düşən İsmayıl Vəliyev də istefa ərizəsi yazaraq Neftçala rayondakı fəaliyyətinə son vermək istəyir.
Bu arada qeyd edək ki, İsmayıllı olayında adı keçən nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov ölkəni tərk edib. Onun Ərəb Əmirliyində olduğu deyilir.
İlkin Hüseynli
Bizimxeber.az
Azərbaycanda Nazir balalari at oynadmaqdansa öz əməli saleh hərəkətləri ilə uşaq evlərində, qocalar evlərində bir xeyriyyəçilik işləri görsələr bəlkə adları çıxar(yaxşı mənada)
Allah atalarımıza rəhmət eləsin: Toxun acdan nə xəbəri!