İKZF Sumqayıtda kirayəyə vermə mexanizmi üzrə 78 milyon manata yaşayış sahələri alır

357

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Xalid Xaliəddin oğlu Əsgərov ilə 78 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 77 800 000 manatdır.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Sumqayıt şəhəri üzrə həyata keçiriləcəkdir. Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 500 ədəd olmaqla, 250 ədəd 1 otaqlı, 200 ədəd 2 otaqlı, 50 ədəd 3-4 otaqlı olmalıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər