Bir müddət öncə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun rəis təyin olduğu Aksiz Gömrük İdarəsi ilə bağlı prezident İlham Əliyev fərman imzalayıb.
sumqayitxeber.com saytı “ Azərbaycan Respublikasının Dovlət Gomruk Komitəsi haqqında Əsasnamə” də və “ Azərbaycan Respublikası Dovlət Gomruk Komitəsinin Strukturu” nda dəyişikliklər edilməsi barədə prezident İlham Əliyevin imzaladığı fərmanı olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nomrəli Fərmanıilə təsdiq edilmiş
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nomrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, Ne 6, maddə 540) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dovlət Gomruk Komitəsi haqqında
Əsasnamə”nin 5.5-ci bəndində “uc muavini” sozləri “dord muavini” sozləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dovlət Gomruk Komitəsinin Strukturu”nun 2.2.4-cu, 2.2.5-ci və 2.4.4-cu yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“2.2.4. Aksiz Baş Gomruk idarəsi;
2.2.5. Avtonəqliyyat Baş Gomruk İdarəsi;
2.4.4. Baş Gomruk Muhafizə Xidməti;”
İlham Əliyev
Azərbaycan Respublikasınm Prezidenti
Bakı şəhəri, 29 dekabr 2013-cu il