İlham Əliyevdən fərman: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verildi

749

Prezident İlham Əliyev Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər