Türkiyənin Antalya şəhərində keçirilən görmə qüsurlu kişi və qadınlar arasında cüdo üzrə dünya çempionatına yekun vurulub. Yarışın son günündə ikiqat paralimpiya çempionu İlham Zəkiyev dünya çempionu olub. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz Kanada, Kuba, Macarıstan və İran təmsilçilərini yendikdən sonra qızıl medala yiyələnib. Qeyd edək ki, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanıb.