İlin ən qızmar günləri olacaq DİQQƏTLİ OLUN

1089

İyunun 13-14-də gözlənilən hava ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az -a verilən məlumata görə, iyunun 13 və 14-də havanın temperaturu yüksələcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyunun 13-ü və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər