İlin sonuna doğru yoluxma artarsa, məhdudiyyətlər tətbiq oluna bilərmi? – AÇIQLAMA

530

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən delta ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir.

Hazırda region ölkələrində COVID-19 virusuna yoluxma hallarında kəskin artım müşahidə olunur.

Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb. Son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub. 1 239 nəfər isə vəfat edib ki bu da pandemiya dövründə qeydə alınan ən yüksək rəqəm olub.

Digər region ölkələrində də vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 27 mindən, Gürcüstanda 5 mindən, İranda isə 7 mindən artıq insan virusa yoluxub.

Bəs Azərbaycanda hazırkı epidemioloji vəziyyət necədir?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında həkim-infeksionist Natiq Əliyev bildirib ki, hal-hazırda ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

“İctimai-iaşə obyektlərinin, restoran şəbəkələrinin fəaliyyət göstərdiyini nəzərə alsaq, virusa yoluxan insanların statistik göstəricilərinin iki min ətrafında olması vaksinin bizə qazandırdığı ən böyük üstünlüklərdəndir. Bu gün biz vəziyyəti stabil saxlamışıq, həyat şəraitimiz normala doğru gedir. Epidemioloji vəziyyət pisləşmədiyi müddətcə hər hansı bir məhdudiyyətlərin və ya qapanmaların olacağını düşünmürəm. Buna görə də insanlar mütləq şəkildə buster doza ilə vaskinasiya olunmalıdır ki, virusa qarşı qoruyuculuq səviyyələri daha yüksək olsun,” – deyə infeksionist qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər