Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 07 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər ərəfəsində il dəfə səsvermə hüququ əldə etmiş gənclər və idmançılar arasında hüquqi maarifləndirmə istiqamətində tədbirlərə start vermişdir.
Hal hazırda görüşlər şəhərin ali və orta ixtisas məktəblərində təhsil alan və ilk dəfə səsvremə hüququ əldə etmiş gənclər arasında davam edir. Bu çərçivədə 20 oktyabr 2010-cu il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialında, 21 oktyabr 2010-cu il tarixində Sumqayıt Dövlət Texniki Kollecində görüşlər keçirilmiş, 22-27 oktyabr tarxilərində isə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Tibb Kolleci və Sumqayıt Musiqi Kollecində isə görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Baş İdarənin rəisi Musa Həsənov hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən respublikamızda seçki prosesinin getdikcə təkmilləşdiyindən danışmışdır. O, seçki hüququnun gənclərin ictimai-siyasi həyatda iştirakı baxımından əhəmiyyətli olduğunu vurğulamış, qarşıdan gələn seçkilərdə görüş iştirakçılarını fəal olmağa çağırmışdır. Ali və orta ixtisas məktəblərinin tələbə-gənclər təşkilatlarına ilk dəfə səsə verəcək gəncləri tanış etmək üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəşr etdirdiyi “Milli – Qanunverici orqan (ilk dəfə səs verən gənclər üçün) Yaddaş Kitabçası” təqdim edilmişdir.
Görüşlərin sonunda iştirakçıları narahat edən suallar cavablandırılmış və geniş müzakirələr aparılmışdır. Ismayıl Kərimov