«Azərikimya» İstehsalat Birliyinin energetikləri «Polimir-120» kompleksinin 12-ci sexində 25 ildən artıq istismarda olmuş 6 kilovoltluq yağ açarının müasir tipli vakuum açarı ilə əvəz edilməsini təmin edərək, bu sahədə aparılacaq yeniləşmə işlərinə start vermişlər. Birliyin daxili texniki imkanları hesabına quraşdırılmış ilk vakuum açarı sistemə qoşularaq, sınaqdan uğurla çıxmışdır. Mühafizə sisteminin də etibarlı olduğu yoxlanılmış yeni vakuum açarı istismara tam hazır vəziyyətə gətirilmişdir.
Etilen-polietilen zavodunun «EP-300» və «Polimir-120» istehsalatlarının yarımstansiyalarda tətbiq olunması nəzərdə tutulan 26 ədəd vakuum açarı texniki xarakteristikalar əsas götürülməklə müəssisədə əsaslı təmir işlərinə başlanılması ərəfəsində Birliyin energetiklərinin səyi ilə tam komplektləşdirilmişdir ki, bu da onların texnoloji proseslərə mane olmadan və qüsursuz, keyfiyyətlə quraşdırılmasına əlverişli imkan yaratmışdır.
Birliyin əsas müəssisəsi olan Etilen-polietilen zavodunun elektrik şəbəkəsində vakuum tipli açarların tətbiqi əvvəllər – yağ açarlarından istifadə olunduğu dövrlərdə onların vaxtaşırı sıradan çıxması, vurulub-açılması üzündən baş verən boşdayanmaların, bu səbəbdən isə yol verilən məhsul itkisinin qarşısının maksimum alınmasında, texnoloji avadanlıqların fasiləsiz istismarının təmin olunmasında mühüm rol oynayacaqdır.
Ilk vakuum açarı sınaqdan uğurla çıxdı
•
1014