İmmunitet sistemini gücləndirməyin 5 sadə yolu – FOTOLAR

2428

Bütün dünyaya təsir edən koronavirusdan (COVID-19) qorunmaq üçün gigiyenaya əhəmiyyət vermək və immunitet sistemini gücləndirmək lazımdır.

Gigiyena üçün əlləri tez-tez sabunla yuyun (ən az 20-30 saniyə), əllərinizi silkələməyin, əllərimizlə üz və gözlərənizə toxunmayın.

Virusdan qorunmaq üçün immuniteti gücləndirməyin yolları nədir…

Sağlamlığınız üçün vacib tövsiyələri sizlərə təqdim edirik:

Yetərli və sağlam qidalanma

Sağlamlığı qorumaq və xəstəliklərin qarşısını almaq üçün yetərli və balanslı qidalanma vacibdir. Yetərli və balanslı bəslənmə xəstəliklərdən qorunmada təsirli olacaq. Bəslənmədə müxtəliflik tərəvəz, meyvə, çörək və digər dənli bitkilər, ət, süd, qatıq, yumurta, paxlalı bitkilər kimi müəyyən qidaların miqdarı vacibdir. Gündəlik su, maye istehlakının kifayət qədər olması da çox vacibdir.

Təzə meyvə və tərəvəzləri çox yeyin

Təzə meyvə və tərəvəz immunitet sistemini xəstəliklərə qarşı gücləndirdiyi məlumdur. Buna görə uşaqları təzə meyvə və tərəvəz yeməyə təşviq etmək vacibdir. C vitamini ilə zəngin bir qidalanma boğaz ağrısı, axan burun kimi bəzi xırda narahatlıqları azaltmağa kömək edə bilər. Portağal, qreyfrut və naringi kimi sitrus meyvələrindən başqa, Ispanaq, kahı, cəfəri, şüyüt və kələm, brokoli, kərəviz, çuğundur kimi tərəvəzlər də önəmli vitaminlərə sahibdir.

bağışıklık nasıl güçlü tutulur

Əlləri tez-tez yumaq

Fərdi gigiyena xəstəliklərin qarşısını almaq yollarından biridir. Gün ərzində insanlarla çox təmasda olmaq, toz və kirə məruz qalma yoluxma riskini artırır. Bunun qarşısını almaq üçün əvvəlcə gigiyena qaydalarını düzgün tətbiq etmək lazımdır. Əlləri tez-tez gün ərzində ən azı 20 saniyəyə üstünlük verilən sabunla yuyunmaq ən təsirli qorunma üsullarından biridir. Bundan əlavə, asqıran və ya öskürən şəxslər varsa, mütləq bir maska istifadə etməli və mümkünsə evlərində dincəlmələrini təmin etməlidirlər.

bağışıklık nasıl güçlü tutulur

Yuxu dayanıqlılığı artırır

Yetərli və yüksək keyfiyyətli yuxu immunitet sisteminə müsbət təsir göstərir və viruslardan qorunmaqda, xəstəlik varsa bərpa mərhələsində təsirli ola bilir. Qeyri-adekvat və keyfiyyətsiz yuxu immunitet sistemini zəiflədir və bədəni xəstəliklərə daha həssas edir.

bağışıklık nasıl güçlü tutulur

Minerallar, vitaminlər və yağlar

Sink, maqnezium və selenium immunitet sisteminin güclənməsində mühüm rol oynayır. Dəniz məhsulları, qırmızı ət, bütün taxıl çörəkləri və ya çərəzlər sinklə zəngindir. Selenyum isə günəbaxan toxumu, bəhməz, balıq, toyuq, hind toyuğu, yumurta, süd və süd məhsulları kimi qidalarda olur.

Qoz, balıq, avokado, fındıq və badam kimi qidalarda Omega-3 və ona oxşar yağların bədən müqavimətini artırdığı və immuniteti gücləndirdiyi bilinir.

Aparılan araşdırmalara görə yetərincə günəş çüaları qəbul edən insanların da bədəni xəstəliklərə qarşı dirənişli olurlar.  Günəş işığından kifayət qədər faydalanmayan və bədənində D vitamini az olan şəxslər tənəffüs yolu ilə çox yoluxucu xəstəliklərə tutula bilər .

Turan Oruc, musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər