İnfeksionistdən sevindirici xəbər

726

“Operativ Qərargahın brifinqi əslində gözlədiyimiz kimi oldu”.

bunu “milli.az”a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, ölkəmizdə COVID-ə yoluxanların sayında yenidən sürətli artım olmayacaq:

“Statistikaya baxsaq görərik ki, yoluxma sayı günü-gündən azalır. Buna uyğun olaraq da bayram öncəsi qapanma qərarı verilmədi.

Amma bu o demək deyil ki, bütün məhdudiyyətlər tam şəkildə aradan qalxmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara əməl etmək lazımdır.

Xüsusilə ictimai yerlərdə, insanların sıx toplaşdığı yerlərdə, marketlərdə, avtobuslarda bu qaydalara ciddi riayət olunmalıdır ki, daha da növbəti yumşalmalara gedə bilək.

Deməzdim ölkəmizdə COVID-ə yoluxanların sayında yenidən sürətli artım olacaq. Yoluxma sayının azalmasında peyvəndin rolu çox böyük oldu.

Həm də artıq insanların böyük əksəriyyəti əvvəlki qədər laqeyd olmadılar, hər hansı bir əlamət, simptom müşahidə edilən kimi vaxtında həkimə müraciət etdilər. Buna görə də istədiyimiz nəticəyə doğru gedirik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər